“Sirr” kitabı Avropanın mərkəzi kitabxanalarına təqdim olunub

sirr kitabi avropanin merkezi kitabxanalarina teqdim olunub

Azərbaycan Tərcümə Mərkəzinin Azərbaycan ədəbiyyatının dünyada tanıdılması və təbliği istiqamətində həyata keçirdiyi beynəlxalq layihələri çərçivəsində bu il Almaniyada işıq üzü görmüş “Sirr” (Azərbaycan hekayələri) kitabı Avropa ölkələrinin bəzi kitabxanalarına verilib.

 

APA-nın məlumatına görə, müasir Azərbaycan nəsrinin mənzərəsini əks etdirən kitabın nüsxələri Almaniyanın Berlin, Bohum, Bamberq, Yena, Frayburq, Halle universitetlərinin kitabxanaları, Berlin Ədəbiyyat və İncəsənət araşdırmaları Mərkəzinin kitabxanası, Münhen Şərqi Avropa İnstitutu kitabxanası, Vyana Universiteti kitabxanası, İnnsburq, Qrats, Zalsburq şəhər kitabxanaları, İsveçrənin Sürix və Bazel şəhərlərinin Mərkəzi kitabxanaları, Bern Universitetinin kitabxanası, Lüksemburq Universiteti kitabxanası, eləcə də Lixtenşteyn Mədəniyyət İdarəsi kitabxanalar şəbəkəsində yer alıb.

 

Qeyd edək ki, Cəlil Məmmədquluzadə, Mir Cəlal, İsa Hüseynov, Sabir Əhmədli, İsi Məlikzadə, Maqsud İbrahimbəyov, Yusif Səmədoğlu, Anar, Elçin, Mövlud Süleymanlı kimi ədəbi simaların əsərlərinin toplandığı kitabı alman dilinə alman və avstriyalı tərcüməçilər – Luts Engel, Helqa Pabl, Sena Doqan, Hilda Tanik, Marion Kubin-Semyonova, Valtraut və Volfram Şröderlər çeviriblər.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • bas prokurorluq axc nin 100 illik yubileyine hesr olunmus konfrans kecirib
    Baş Prokurorluq AXC-nin 100 illik yubileyinə həsr olunmuş ko...
  • meksika sefiri bundan sonra da azerbaycanin meksikada meksikanin ise azerbaycanda daha yaxsi taninmasi ucun calisacagam
    Meksika səfiri: "Bundan sonra da Azərbaycanın Meksikada, Mek...
meksika sefiri bundan sonra da azerbaycanin meksikada meksikanin ise azerbaycanda daha yaxsi taninmasi ucun calisacagam meksika sefiri bundan sonra da azerbaycanin meksikada meksikanin ise azerbaycanda daha yaxsi taninmasi ucun calisacagam +2
MƏZƏNNƏ
FOREX
/ 21 May, 2018

USD
1.7
 
EUR
1.9978
 
RR
0.0273