Şolom Aleyxemin kitabı İsrailin səfirinə təqdim olunub

solom aleyxemin kitabi israilin sefirine teqdim olunub

İsrail Azərbaycandakı səfiri Dan Stav Azərbaycan Tərcümə Mərkəzində olub.

 

Görüşdə Azərbaycan-İsrail ədəbi-mədəni əlaqələrindən, Mərkəzin bu istiqamətdə həyata keçirdiyi beynəlxalq layihələrdən, müxtəlif dövrlərdə Azərbaycan dilinə tərcümə və nəşr edilmiş tanınmış yəhudi əsilli ədiblərin əsərlərindən, eləcə də İsrail-Azərbaycan ədəbiyyatları arasında ədəbi mübadilələrin inkişafına dair digər məsələlərdən söz açılıb. 

 

Dan Stav deyib ki, Azərbaycan Tərcümə Mərkəzinin gördüyü işlər dünyanın mövcud durumu üçün olduqca mühüm və əhəmiyyətlidir: “İsraildə, demək olar, irili-xırdalı bütün dünya xalqlarının ədəbiyyatları geniş yayılır və oxunur. Lakin təəssüflə bildirməliyəm ki, Azərbaycan ədəbiyyatını təmsil edən kitablara rast gəlinmir. Bu gün dünya ölkələri öz ədəbiyyatını beynəlxalq aləmə təqdim edir, bu sahədə institutlar, dövlət qurumları çalışır. İsraildə də belə bir Mərkəz mövcuddur. Bu Mərkəz İsrail ədəbiyyatının dünyada tanıdılması və təbliği istiqamətində kifayət qədər işlər görüb və görməkdədir. Düşünürəm bu, son dərəcə vacib, ciddi, xalqlar və ölkələr arsında qarşılıqlı anlaşma, tolerantlıq və dözümün yaradılmasına, qorunub saxlanılmasına xidmət edən şərəfli bir işdir”.

 

Görüşün sonunda Mərkəzin direktoru Afaq Məsud qurumun yeni nəşrlərindən olan dünya şöhrətli yəhudi əsilli yazıçı Şolom Aleyxemin kitabını qonağa təqdim edib.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

09:01 20 İyun
15:50 19 İyun
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • lerik sakini cayda batib
    Lerik sakini çayda batıb
  • turkiye ombudsmani olkemizde dogulan suriyali qacqinlarin sayi 276 mine catib
    Türkiyə Ombudsmanı: "Ölkəmizdə doğulan suriyalı qaçqınların ...
turkiye ombudsmani olkemizde dogulan suriyali qacqinlarin sayi 276 mine catib turkiye ombudsmani olkemizde dogulan suriyali qacqinlarin sayi 276 mine catib +2
MƏZƏNNƏ
FOREX
/ 20 İyun, 2018

USD
1.7
 
EUR
1.9671
 
RR
0.0267