Süleyman Rüstəmin 110 illiyi qeyd olunub

Bakı. Cavid Zeynallı - APA. Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında xalq şairi Süleyman Rüstəmin anadan olmasının 110 illiyinə həsr olunan yubiley tədbiri keçirilib.

 

APA-nın məlumatına görə, Mədəniyyət və Turizm Nazirliyinin və Azərbaycan Yazıçılar Birliyinin təşkilatçılığı ilə keçirilən tədbirdə şairin həyat və yaradıcılığını əks etdirən 200-dək kitabın yer aldığı sərgi təqdim olunub.

 

Tədbirdə mədəniyyət və turizm nazirinin birinci müavini Vaqif Əliyev çıxış edərək S.Rüstəmin həyat və yaradıcılığından danışıb. V. Əliyev qeyd edib ki, xatirə tədbirlərinin təşkil olunması xalqın sənətkara hörmətinin təzahürü, ölkədə ədəbiyyata, mədəniyyətə göstərilən dövlət qayğısının ifadəsidir.

 

Azərbaycan Yazıçılar Birliyinin sədri, xalq yazıçısı Anar şairin zəngin yaradıcılığından söz açıb. Xalq yazıçısı onun ötən əsrin 20-ci illərində işıq üzü görən “Ələmdən nəşəyə” adlı kitabından başlanan yaradıcılıq yolunun müxtəlif mərhələlərindən, o cümlədən S.Rüstəm poeziyasının əsas mövzu və məzmunundan bəhs edib.

 

Anar bildirib ki, şair “Çimnaz xanım yuxudadır”, “Qaçaq Nəbi” pyesləri ilə dramaturgiyamızda da öz sözünü deyib.

 

Tədbir konsert proqramı ilə davam edib. 

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • bas prokurorluq bank standard in kecmis rehberi istintaqdan qacib gizlendiyi ucun axtarisa verilib yenilenib
    Baş Prokurorluq: “Bank Standard”ın keçmiş rəhbəri istintaqda...
  • nazirlik mmmc lerin sayi 53 e catib
    Nazirlik: MMMC-lərin sayı 53-ə çatıb
nazirlik mmmc lerin sayi 53 e catib nazirlik mmmc lerin sayi 53 e catib +2
MƏZƏNNƏ
FOREX
/ 26 İyul, 2017

USD
1.701
 
EUR
1.9798
 
RR
0.0284
 

SƏSVERMƏ

Bizim saytdan istifadə etmək sizin üçün rahatdırmı?
TƏSDİQLƏ