“TEAS Press” İstanbul Beynəlxalq Kitab Sərgisində təmsil olunub

Otuz beşinci TÜYAP İstanbul Beynəlxalq Kitab Sərgisi qapılarını kitabsevərlərin üzünə açıb.

 

TEAS-dan APA-ya verilən məlumata görə, təxminən 550 min nəfər ziyarətçinin baş çəkməsi gözlənilən sərgiyə iştirakçı qismində 543 yerli və 24 xarici təşkilat, habelə 70 qeyri-hökumət təşkilatı qatılıb.

 

Builki sərginin ən böyük yeniliklərindən biri də Azərbaycanın TEAS Press Nəşriyyat Evinin “Hep kitap” və “TEAS Press” adlı markalarının təqdim edilməsi olub.

 

Uzun illər ərzində “Oxford University Press”in baş direktoru olmuş tanınmış naşir, nəşriyyat işi sahəsində dünyada tanınmış mütəxəssis Emrah Özpirincçinin rəhbərliyi, mədəniyyət, incəsənət və akademik nəşrlər sahəsində tanınmış naşirlərdən olan “Literatür Yayınevi” və “Punto Kitap Hizmetleri ve Dağıtım” şirkətlərinin qurucusu Kenan Kocatürkün baş direktorun müavini kimi fəaliyyət göstərən şirkət sərgidə “TEAS Press” və “Hep kitap” markası altında iki stendlə təmsil olunub. Sərgidə “TEAS Press” markası ilə 60 adda yeni yardımçı tədris kitabları təqdim olunmuşdur.

 

Uzun illər ərzində “Doğan Kitap”ın yayım müdiri olmuş Deniz Yüce Başarırın rəhbərliyi altında fəaliyyət göstərən “TEAS Press”in alt markası “Hep kitap” isə sərgidə 12 yeni kitabla təmsil olunub. 2-ci salonda sərgilənən bu kitablar yerli mətbuatda və oxucu kütləsində böyük maraq doğurub.

 

Noyabrın 20-dək davam edəcək sərgidə TEAS Press Nəşriyyat Evinin öz məhsullarında yenicə təqdim etdiyi “Termotestle Isıt Öğren” (“Termotestlə isit, öyrən”) və “Karekodla Okut Öğren” (“QR-kodu oxut, öyrən”) texnologiyaları da ziyarətçilərin və mütəxəssislərin diqqətini cəlb edib.

 

Türkiyənin tanınmış mədəniyyət və incəsənət xadimi, TÜYAP Mədəniyyət Sərgilərinin baş müşaviri, “Hürriyet” qəzetinin məşhur yazarlarından biri Doğan Hızlan da “Hep kitap” stendini ziyarət edənlər arasında olub. D. Hızlan kitabları çox bəyəndiyini söyləyərək nəşriyyatın bütün redaksiya heyətinə uğurlar arzulayıb.

 

Türkiyənin bir çox aparıcı kütləvi informasiya vasitələri – telekanallar, jurnallar, qəzetlər, habelə mədəniyyət mövzusundan yazan jurnalistlər də “Hep kitap” stendinə xüsusi maraq göstəriblər. “Milliyet Sanat Dergisi”, “Dünya” qəzetinin “Kitab əlavəsi”, “Hürriyet” qəzetinin “Kitab əlavəsi”, eləcə də “Hürriyet” qəzetinin köşə yazarı Yalçın Bayer öz müəllif yazısında “Hep kitap”dan bəhs ediblər. Bundan əlavə, “MedyaTava”, “Edebiyat Haber”, “ArtfullLiving” internet saytları öz xəbər bülletenlərində “TEAS Press”in fəaliyyətinə ayrıca yer veriblər.

 

“Habertürk”, NTV, “Beylikdüzü Web TV”, TRT kimi nüfuzlu media qurumlarının təmsilçiləri, habelə Sevin Okyay, Mario Levi, Cem Erciyes, Tülin Kozikoğlu, Aytül Akal, Ayla Çınaroğlu, Başar Başarır, İnci Aral, Metin Celal, Gülsüm Cengiz, Mavisel Yener, Mine Soysal və digər məşhur ədəbiyyat və incəsənət xadimləri də “Hep kitap” stendini ziyarət edənlər arasında olub.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • qebelede su festivali kecirilib
    Qəbələdə su festivalı keçirilib
  • azerbaycanla monteneqro icazesiz yasayan sexslerin readmissiyasi haqqinda sazis imzalayib
    Azərbaycanla Monteneqro icazəsiz yaşayan şəxslərin readmissi...
azerbaycanla monteneqro icazesiz yasayan sexslerin readmissiyasi haqqinda sazis imzalayib azerbaycanla monteneqro icazesiz yasayan sexslerin readmissiyasi haqqinda sazis imzalayib +2
MƏZƏNNƏ
FOREX
/ 27 Aprel, 2017

USD
1.7025
 
EUR
1.8566
 
RR
0.0299
 

SƏSVERMƏ

Bizim saytdan istifadə etmək sizin üçün rahatdırmı?
TƏSDİQLƏ