Ukrayna yazıçıları Tərcümə Mərkəzində olub

ukrayna yazicilari tercume merkezinde olub

 

İyunun 6-da Ukrayna Yazıçılar Birliyinin sədri Vladimir Danilenkonun başçılığı ilə  Ukrayna yazıçıları heyəti Tərcümə Mərkəzində olub.

 

Mərkəzdən APA-ya verilən məlumata görə, görüş zamanı son illər Azərbaycan – Ukrayna ədəbiyyatları arasında qurulan sıx əlaqələrdən, ötən il Ukraynada işıq üzü görmüş "Müasir Azərbaycan poeziyası", həmçinin Azərbaycanda nəşr edilmiş “Ukrayna ədəbiyyatı antologiyası”ndan söz açılıb, bu nəşrlərin xalqlar arasında dostluq və qardaşlıq tellərinin möhkəmləndirilməsi istiqamətində əhəmiyyətindən danışılıb.

Azərbaycanda ilk dəfə qonaq olan Ukrayna yazıçıları Bakının müstəsna gözəlliyindən, Ukrayna – Azərbaycan xalqları arasında doğmalığın dərin köklərindən danışaraq, mövcud ədəbi əlaqələrin hər iki ölkənin ədəbiyyatına misilsiz töhfələr verdiyini bildiriblər.

Sonda yazıçılar qədim Kiyev memarlıq mədəniyyətinə həsr olunmuş nəfis tərtibli “Kiyev Sofiyası” kitabını  Mərkəzə hədiyyə ediblər. 

 

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

12:23 18 İyun
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • xudatda narkotiklerin qanunsuz dovriyyesi ile mesgul olan sexs saxlanilib
    Xudatda narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan şə...
  • aykut kocaman fenerbagca bas mesqciliyinden uzaqlasdirilib
    Aykut Kocaman “Fənərbağça” baş məşqçiliyindən uzaqlaşdırılıb...
aykut kocaman fenerbagca bas mesqciliyinden uzaqlasdirilib aykut kocaman fenerbagca bas mesqciliyinden uzaqlasdirilib +2
MƏZƏNNƏ
FOREX
/ 19 İyun, 2018

USD
1.7
 
EUR
2.0067
 
RR
0.0272