Xalq şairi Qabilin xatirə tədbiri keçiriləcək

xalq sairi qabilin xatire tedbiri kecirilecek

Bakı. Cavid Zeynallı – APA. Bu gün Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə Azərbaycan Dövlət Filarmoniyasında xalq şairi Qabilin anadan olmasının 90 illiyi münasibətilə xatirə tədbiri keçiriləcək.  

 

Nazirliyin informasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, xatirə gecəsində şairin həyat və yaradıcılığından, Azərbaycan poeziyasına töhfələrindən danışılacaq, şeirləri səsləndiriləcək. Şairin yaxınları, poeziya dostları onun haqqında xatirələrini bölüşəcək.

 

Tədbirdə şairin həyat və yaradıcılığını əks etdirən sərgi açılacaq, konsert proqramı təqdim olunacaq.

 

Qeyd edək ki, Qabil İmamverdiyev 1926-cı il avqustun 12-də Bakıda anadan olub.

 

Moskvada Maksim Qorki adına Ədəbiyyat İnstitutu nəzdində olan ikiillik ali ədəbiyyat kurslarında müdavim olub. 1975-1979-cu illərdə “Azərbaycan jurnalı” redaksiyasında şeir üzrə ədəbi işçi, baş redaktorun müavini vəzifələrində çalışıb. 

 

 "Şöhrət" və "İstiqlal" ordenləri ilə təltif olunub. 

 

Qabil 2007-ci il aprelin 4-də Bakıda vəfat edib. Məzarı I Fəxri Xiyabandadır. 

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

15:36 29 Aprel
09:56 29 Aprel
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • telebeler arasinda futbol cempionatinin final turu kecirilib
    Tələbələr arasında futbol çempionatının final turu keçirilib...
  • cocuq mercanlida iki zenit top mermisi ve raket tapilib
    Cocuq Mərcanlıda iki zenit top mərmisi və raket tapılıb...
cocuq mercanlida iki zenit top mermisi ve raket tapilib cocuq mercanlida iki zenit top mermisi ve raket tapilib +2
MƏZƏNNƏ
FOREX
/ 30 Aprel, 2017

USD
1.7025
 
EUR
1.8495
 
RR
0.0299
 

SƏSVERMƏ

Bizim saytdan istifadə etmək sizin üçün rahatdırmı?
TƏSDİQLƏ