Xalq şairi Söhrab Tahir dəfn olunub - YENİLƏNİB

Bakı. Cavid Zeynallı – APA. Xalq şairi Söhrab Tahir II Fəxri xiyabanda dəfn olunub.

 

APA-nın xəbərinə görə, Təzə Pir məscidində keçirilən vida mərasimində baş nazirin müavini, xalq yazıçısı Elçin Əfəndiyev, mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, Yazıçılar Birliyinin sədri, xalq yazıçısı Anar, xalq şairi Fitrət Qoca, mərhumun ailə üzvləri və digərlər şəxslər iştirak edib. Xalq yazıçısı Anar və xalq şairi Nəriman Həsənzadə Söhrab Tahirin xidmətlərindən danışaraq onun  vəfatını Azərbaycan ədəbiyyatında itki kimi qiymətləndiriblər.

14.03

***

 

Bakı. Cavid Zeynallı – APA. Təzəpir məscidində xalq şairi Söhrab Tahirlə vida mərasimi başa çatıb.

 

APA-nın xəbərinə görə, vida mərasimində baş nazirin müavini, xalq yazıçısı Elçin Əfəndiyev, mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, Yazıçılar Birliyinin sədri, xalq yazıçısı Anar, xalq şairi Fitrət Qoca, mərhumun ailə üzvləri və digərlər şəxslər iştirak edib. Xalq yazıçısı Anar və xalq şairi Nəriman Həsənzadə Söhrab Tahirin xidmətlərindən danışaraq onun  vəfatını Azərbaycan ədəbiyyatında itki kimi qiymətləndiriblər.

 

Mərhumun cənazəsi dəfn olunmaq üçün II Fəxri Xiyabana aparılıb.

 

Qeyd edək ki, Söhrab Tahir mayın 4-də 90 yaşında dünyasını dəyişib.

 

***

12:13

Bakı. Cavid Zeynallı – APA. Təzə Pir məscidində xalq şairi Söhrab Tahirlə vida mərasimi başlayıb.

 

APA-nın məlumatına görə, vida mərasimində mədəniyyət və turizm nazirinin müavini Vaqif Əliyev, Azərbaycan Yazıçılar Birliyinin sədri Anar, katibi Fikrət Qoca, xalq yazıçısı Çingiz Abdullayev, xalq şairi Nəriman Həsənzadə, xalq yazıçısı Mövlud Süleymanlı, yazıçı Natiq Rəsulzadə, Mədəniyyət və Turizm Nazirliyinin rəsmiləri iştirak edir. Vida mərasimi saat 14.00-dək davam edəcək.

 

Mərhum xalq şairi ll Fəxri Xiyabanda dəfn olunacaq.

 

Qeyd edək ki, Söhrab Tahir mayın 4-də 90 yaşında dünyasını dəyişib.

 

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

12:55 20 İyul
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • belcika sefiri alxanlida bas verenler facie idi
    Belçika səfiri: "Alxanlıda baş verənlər faciə idi"
  • bakida belcikanin musteqillik gunu qeyd olunub
    Bakıda Belçikanın Müstəqillik Günü qeyd olunub
bakida belcikanin musteqillik gunu qeyd olunub bakida belcikanin musteqillik gunu qeyd olunub +2
MƏZƏNNƏ
FOREX
/ 21 İyul, 2017

USD
1.7017
 
EUR
1.959
 
RR
0.0288
 

SƏSVERMƏ

Bizim saytdan istifadə etmək sizin üçün rahatdırmı?
TƏSDİQLƏ