Yaşar Qarayevin “Seçilmiş əsərləri”nin 5 cildliyi nəşr edilib

yasar qarayevin secilmis eserleri nin 5 cildliyi nesr edilib

Bakı. Cavid Zeynallı – APA. Nizami adına Ədəbiyyat İnstitutu AMEA-nın müxbir üzvü, professor Yaşar Qarayevin “Seçilmiş əsərləri”nin 5 cildliyini və haqqında yazılan məqalələr, xatirələr toplusunu kitab halında nəşr edib. 

 

APA-nın məlumatına görə, kitab Y. Qarayevin 80 illik yubileyinin keçirilməsi haqqında Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin qərarına əsasən nəşr olunub.

 

“Seçilmiş əsərlər”in elmi redaktoru Nizami adına Ədəbiyyat İnstitutunun “XX əsr (Sovet dövrü) Azərbaycan ədəbiyyatı” şöbəsinin müdiri, professor Şirindil Alışanlı, tərtib edənləri professor Şirindil Alışanlı və dosent Aygün Bağırovadır. 

 

Yaşar Qarayev haqqında görkəmli ədəbiyyatşünas alimlərin, müasirləri və tələbələrinin yazdığı məqalələrin və xatirələrin toplandığı “Yaşar Qarayev: yaxından və uzaqdan” məcmuəsinin elmi redaktoru və ön sözün müəllifi AMEA-nın vitse-prezidenti, Nizami adına Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəylidir.

 

Məqalələr və xatirələr kitabını filologiya üzrə elmlər doktoru, professor Şirindil Alışanlı və filologiya üzrə fəlsəfə doktoru, dosent Aygün Bağırova tərtib edib.

 

Çoxcildlik elmi əsərlər “Elm” nəşriyyatında, məqalələr və xatirələr toplusu isə “Sabah” nəşriyyatında çap olunub. 

 

 

 

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • azerbaycanli pianocu xxiv istanbul caz festivalinda cixis edecek
    Azərbaycanlı pianoçu XXIV İstanbul caz festivalında çıxış ed...
  • bakida pakistan milli gunu munasibeti ile resmi qebul kecirilib
    Bakıda Pakistan Milli Günü münasibəti ilə rəsmi qəbul keçiri...
bakida pakistan milli gunu munasibeti ile resmi qebul kecirilib bakida pakistan milli gunu munasibeti ile resmi qebul kecirilib +2
MƏZƏNNƏ
FOREX
/ 29 Mart, 2017

USD
1.7201
 
EUR
1.8691
 
RR
0.0303
 

SƏSVERMƏ

Bizim saytdan istifadə etmək sizin üçün rahatdırmı?
TƏSDİQLƏ