Yazıçılar Birliyində “Məmməd Araz poeziya günü” keçirilib

Bakı. Cavid Zeynallı – APA. Azərbaycan Yazıçılar Birliyində “Məmməd Araz poeziya günü” adlı tədbir keçirilib. APA-nın məlumatına görə, tədbir xalq şairi Məmməd Arazın doğum günü münasibətilə təşkil edilib. 

Tədbirdə şairin həyat yoldaşı Gülxanım Fətəliqızı, şairin qızı, “Ədalət” qəzetinin baş redaktoru İradə Tuncay, ədəbiyyat və mədəniyyət xadimləri iştirak edib.

Birliyin katibi İlqar Fəhmi bildirib ki, təmsil etdiyi qurum Məmməd Arazın anım gününü poeziya günü kimi keçirmək haqqında qərar verib. 

 

Şair-tədqiqatçı Qardaşxan Əzizxanlı Məmməd Arazın həyat və yaradıcılığından danışıb, qeyd edib ki, şairin poeziyası bir neçə ədəbi nəslin yetişməsində müstəsna rol oynayıb.

 

Poeziya günündə məktəblilərin ifasında “Bizi vətən çağırır”, “Üstümə qayıdan yazılarım”, “Getdilər” və s. şeirləri səsləndirilib, “Dünya sənin, dünya mənim, dünya heç kimin” şeiri ingilis dilində oxunub.

 

Tədbirdə Musa Yaqub, Sevda Tahirli, Çingiz Əlioğlu, Əlişirin Şükürlü, Abbas Abdulla və digərləri çıxış edərək poeziyanı gününün davamlı olaraq keçirilməsini təklif ediblər.

Poeziya Günündə Məmməd Arazın əlyazmalarından ibarət “Qarabağ simfoniyası” kitabı təqdim edilib.

 

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

12:55 20 İyul
09:05 20 İyul
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • iyunun evvelinden neftin qiymeti ilk defe 50 dollari otub
    İyunun əvvəlindən neftin qiyməti ilk dəfə 50 dolları ötüb...
  • gurcustanda yangin neticesinde uc azerbaycanli aile evsiz qalib
    Gürcüstanda yanğın nəticəsində üç azərbaycanlı ailə evsiz qa...
gurcustanda yangin neticesinde uc azerbaycanli aile evsiz qalib gurcustanda yangin neticesinde uc azerbaycanli aile evsiz qalib +2
MƏZƏNNƏ
FOREX
/ 20 İyul, 2017

USD
1.7017
 
EUR
1.959
 
RR
0.0288
 

SƏSVERMƏ

Bizim saytdan istifadə etmək sizin üçün rahatdırmı?
TƏSDİQLƏ