Zəhra Bədəlbəyli ikinci kitabını nəşr etməyə hazırlaşır

Azərbaycan Yazıçılar Birliyinin üzvü, gənc şairə Zəhra Bədəlbəyli şeirlər toplusundan ibarət ikinci kitabını nəşr etməyə hazırlaşır. 
 
“TEAS Press” Nəşriyyat Evindən APA-ya verilən məlumata görə, “V tvoix rukax” (“Sənin əllərində”) adlanan şeirlər kitabı sosial mövzuları, sevgi və həyat barədə fəlsəfi düşüncələri əks etdirir. Kitabdakı rəsmlərin müəllifi Ləman Yusiflidir. Kitab “TEAS Press” Nəşriyyat Evi tərəfindən nəşr olunacaq.
 
““TEAS Press” Nəşriyyat Evinin yerli yazıçılara və şairlərə yaratdığı imkan məni yaxşı mənada təəccübləndirdi. Bu məni yeni şeirlər yazıb-yaratmağa daha da həvəsləndirir. Kitabın ad seçimi də təsadüfi deyil, çünki hesab edirəm ki, həyatda çox şey bizim əlimizdədir və bunu heç vaxt unutmaq olmaz”, - deyə o, bildirib.
 
Zəhra Bədəlbəyli 10 yaşından yazmağa başlayıb. Onun ilk kitabı 2011-ci ildə çıxan “За бесконечностью явлений”  adlanan şeirlər toplusudur. İlk kitabı gənc şairəyə böyük uğur gətirib.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

Video
09:05 25 May
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • deputat novruz aslanov secicileri ile gorusub
    Deputat Novruz Aslanov seçiciləri ilə görüşüb
  • elektron imza ve etibarli xidmetler huquqi ve texniki bazanin tekmillesdirilmesi muzakire olunub
    “Elektron imza və etibarlı xidmətlər: hüquqi və texniki baza...
elektron imza ve etibarli xidmetler huquqi ve texniki bazanin tekmillesdirilmesi muzakire olunub elektron imza ve etibarli xidmetler huquqi ve texniki bazanin tekmillesdirilmesi muzakire olunub +2
MƏZƏNNƏ
FOREX
/ 25 May, 2018

USD
1.7
 
EUR
1.9906
 
RR
0.0276