Akademik Milli Dram Teatrı uşaqlar üçün “Gəl baharım, gəl yazım” tamaşasını təqdim edəcək

Akademik Milli Dram Teatrı Novruz bayramı günlərində azyaşlı tamaşaçılar üçün “Gəl baharım, gəl yazım” tamaşasını təqdim edəcək. Teatrın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, səhnə əsəri Xanım Həsənovanın eyniadlı əsəri əsasında hazırlanıb. 

 

Səhnə əsərinin rejissoru Anar Babalı, rəssamı əməkdar mədəniyyət işçisi İlham Elxanoğlu, rəqslərin quruluşçusu Lalə Hacıyeva, rejissor assistenti Könül Kərimovadır.

 

Uşaqların marağına səbəb olaraq onları əyləndirəcək rəngarəng tərtibatlı tamaşada aktyor Ramin Şıxəliyev və Vüsal Xalıqoğlu (Kosa), Cümşüd Zeynalov və Vüsal Mustafayev (Keçəl), Rəşad Bəxtiyarov və Mehman Fətullayev (Xan Çoban), əməkdar artistlər Mehriban Xanlarova (Əkinçi), Mirzə Ağabəyli (Bağban), aktyor Rüstəm Rüstəmov (Bağban), aktrisalar Şəhla Əliqızı və Rada Nəsibova (Bahar), Firuzə Balayeva və Xədicə Novruzlu (Qış), Ceyran Baxışova (Buz), Sona Novruzova (Qar), Əlləz Əhmədov (Çovğun), Əminə Cəfərova (Boran), Ləman Fərmanlı (Su çərşənbəsi), Fərid Vəliyev (Od çərşənbəsi), Mehin Məmmədli (Yel çərşənbəsi), Nəzrin Əsgərzadə (Torpaq çərşənbəsi) iştirak edəcək.

 

Səhnə əsərinin süjet xətti belədir: Xan çoban, əkinçi və bağban qışın gec getməyindən narazıdırlar. Onlar bir yerdə Baharın üstünə şikayətə gedirlər. Bahar onları diqqətlə dinləyir və çərşənbələri qışın üstünə göndərir. Gərgin mübarizədən sonra Xan çoban, əkinçi və bağbanın arzusu yerinə yetir.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

17:35 20 İyun
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • gomruk prosedurlarinin sadelesdirilmesi ve suretlendirilmesile bagli seminar kecirilir
    Gömrük prosedurlarının sadələşdirilməsi və sürətləndirilməsi...
  • azerbaycan ordusunun 100 illiyine hesr olunmus elmi praktiki konfrans kecirilib
    Azərbaycan Ordusunun 100 illiyinə həsr olunmuş elmi-praktiki...
azerbaycan ordusunun 100 illiyine hesr olunmus elmi praktiki konfrans kecirilib azerbaycan ordusunun 100 illiyine hesr olunmus elmi praktiki konfrans kecirilib +2
MƏZƏNNƏ
FOREX
/ 21 İyun, 2018

USD
1.7
 
EUR
1.9671
 
RR
0.0267