Akademik Milli Dram Teatrında “Almaz” tamaşasının premyerası keçirilib

Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında Cəfər Cabbarlının “Almaz” tamaşasının premyerası keçirilib.

 

Teatrın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, premyerada böyük ədibin yadigarı - qızı Gülarə Cabbarlı, mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, millət vəkilləri, teatr ictimaiyyəti iştirak edib. İki hissəli dramın yeni səhnə redaksiyasının müəllifi əməkdar incəsənət xadimi Əli Əmirli, elmi məsləhətçisi Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, professor Nizami Cəfərovdur. 

 

Yeni səhnə əsərinin müəllifi xalq artisti, Akademik Milli Dram Teatrının direktoru və bədii rəhbəri Azər Paşa Nemətov, rejissorları Anar Sadıqov və Əlif Cahangirli, bəstəkarı xalq artisti Siyavuş Kərimidir.

 

Tamaşada "Almaz" rolunda əməkdar artist Məsmə Aslanqızı çıxış edib.

 

Digər rolları xalq artistləri Nurəddin Mehdixanlı (Hacı Əhməd), Rafiq Əzimov (Mirzə Səməndər), Hacı İsmayılov (Aftil), Firəngiz Mütəllimova (Kərbəlayı Fatmansa), əməkdar artistlər Sabir Məmmədov (Şərif), Kazım Abdullayev (İbad), Aslan Şirin (Barat), Əli Nur (Baloğlan), Əjdər Həmidov (Balarza), Ayşad Məmmədov (Ocaqqulu), Elşən Cəbrayılov (Fuad), aktyorlar Rada Nəsibova (Yaxşı) və Mətləb Abdullayev (Sədr) çıxış edirlər.

 

Səhnə əsərini Ceyran Həsənli idarə edib.

 

Qeyd edək ki, C.Cabbarlının 1930-cu illər dram yaradıcılığı “Almaz” pyesi ilə başlayır. Əsərin ilk tamaşası 1931-ci il aprelin 13-də göstərilib.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

10:02 29 May
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • parisde makron ve putin arasinda gorus olub yenilenib
    Parisdə Makron və Putin arasında görüş olub - YENİLƏNİB...
  • moskvada bas veren qasirga neticesinde 11 nefer olub
    Moskvada baş verən qasırğa nəticəsində 11 nəfər ölüb...
moskvada bas veren qasirga neticesinde 11 nefer olub moskvada bas veren qasirga neticesinde 11 nefer olub +2
MƏZƏNNƏ
FOREX
/ 30 May, 2017

USD
1.702
 
EUR
1.9062
 
RR
0.03
 

SƏSVERMƏ

Bizim saytdan istifadə etmək sizin üçün rahatdırmı?
TƏSDİQLƏ