Akademik Milli Dram Teatrında Hamlet Xanızadəni anım tədbiri keçiriləcək

akademik milli dram teatrinda hamlet xanizadeni anim tedbiri kecirilecek

Fevralın 3-də saat 15:00-da Akademik Milli Dram Teatrında xalq artisti, görkəmli teatr və kino xadimi Hamlet Xanızadənin 75 illik yubileyi ilə əlaqədar anım tədbiri keçiriləcək.

 

Teatrın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, anım mərasimi Mədəniyyət və Turizm Nazirliyinin, Azərbaycan Teatr Xadimləri İttifaqının, Akademik Milli Dram Teatrının və Dövlət Teatr Muzeyinin birgə təşkilatçılığı ilə baş tutacaq.

 

Tədbirdə görkəmli aktyor Hamlet Xanızadənin Azərbaycan kinosu və teatrının inkişafındakı xidmətlərindən danışılacaq, sənət dostları onunla bağlı xatirələrini bölüşəcək, sənətkarın çəkildiyi filmlərdən və teatr səhnəsində rol aldığı tamaşalardan parçalar nümayiş olunacaq.

 

Tədbirin rejissoru xalq artisti Mərahim Fərzəlibəyov, ssenari müəllifi Çingiz Ələsgərli, rəssamı əməkdar mədəniyyət işçisi İlham Elxanoğludur.

 

Hamlet Bəbir oğlu Xanızadə  5 iyun 1941-ci ildə Bakının Şağan kəndində doğulub. 1965-ci ildə Mirzəğa Əliyev adına Azərbaycan Dövlət İncəsənət Universitetini bitirib. O, 1982-ci ildə əməkdar artisti fəxri adına layiq görülüb, 1984-cu ildə isə Azərbaycan SSRİ Dövlət mükafatı laureatı olub.

 

Hamlet Xanızadə Hüseyn Cavidin “İblis”, “Xəyyam”, “Topal Teymur”, Səməd Vurğunun ”Vaqif”, Cəlil Məmmədquluzadənin “Dəli yığıncağı”, Nazim Hikmətin “Şöhrət və ya unudulan adam”, Şekspirin “Antonio” və başqa tamaşalarda, “O qızı tapın”, “Yeddi oğul istərəm”, “Axırıncı aşırım”, “Arxadan vurulan zərbə”, “Qızıl uçurum”, “İmtahan”, “Qoz qabağında şeytan balası”, “Şəhərin yay günləri”, “Babək”, “Nizami”, “Qətl günü” və onlarca başqa bədii filmlərdə yaddaqalan obrazlar,  yaradıb.

 

Görkəmli aktyor 3 fevral 1990-cı ildə 49 yaşında vəfat edib. Öz vəsiyyətinə qörə doğulduğu Şağan kənd qəbiristanlığında dəfn edilib. 

 

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

21:17 22 Mart
12:26 22 Mart
10:23 22 Mart
20:11 21 Mart
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • sabirabadda 10 kendi birlesdiren yolun tikintisi yekunlasmaq uzredir
    Sabirabadda 10 kəndi birləşdirən yolun tikintisi yekunlaşmaq...
  • bsu nun numayende heyeti bolqaristanda seferde olub
    BSU-nun nümayəndə heyəti Bolqarıstanda səfərdə olub
bsu nun numayende heyeti bolqaristanda seferde olub bsu nun numayende heyeti bolqaristanda seferde olub +2
MƏZƏNNƏ
FOREX
/ 23 Mart, 2017

USD
1.7202
 
EUR
1.8529
 
RR
0.0298
 

SƏSVERMƏ

Bizim saytdan istifadə etmək sizin üçün rahatdırmı?
TƏSDİQLƏ