Aprel şəhidi olan heykəltəraşın Şamaxıda albomunun təqdimatı və sərgisinin açılışı olub

Bu gün “Xalq” Bankın “Şamaxı” filialında şəhid-heykəltəraş Samir Kaçayevin “Samir Kaçayev. Heykəltəraşlıq” bədii albomunun təqdimat mərasimi və əsərlərindən ibarət sərginin açılışı olub.

 

APA-nın məlumatına görə, rayon ictimaiyyəti, şəhidin ailə üzvləri və dostlarının iştirak etdiyi tədbirdə onun yaradıcılığı, həyatı haqda söz açılıb, xatirəsi yad edilib.

 

Tədbirdə Şamaxı rayonu Ağsaqqallar Şurasının sədri Mayıl Alcanov, mədəniyyət işçisi Rafail Tağızadə, Qobustan rayonu ziyalıları adından Aftandil Şikarov, Çuxuryurd orta məktəbinin müəllimi Güntəkin Hümmətov, Samirin dostları və atası çıxış ediblər. 

 

Tədbirin sonunda qonaqlar sərgi salonunda Samir Kaçayevin yaradıcılığı ilə yaxından tanış olublar.

 

Samir Kaçayevin əsərlərinin sərgisi fevralın 22-dən martın 20-dək Xalq Bankın “Şamaxı” filialında (Ünvan: Şamaxı şəh., Şəhriyar küç.1) fəaliyyət göstərəcək. Giriş sərbəstdir.

 

Samir Ziyatin oğlu Kaçayev 1994-cü il martın 6-da Şamaxı rayonunun Çuxuryurd kəndində anadan olub. Orta məktəbi bitirib Azərbaycan Dövlət Rəssamlıq Akademiyasına daxil olan Samir 2015-ci ildə təhsilini müvəffəqiyyətlə başa vuraraq heykəltəraş ixtisasına yiyələnib. Magistraturaya daxil olduqdan sonra hərbi xidmətə yollanıb. Hərbi xidmətini cəbhə bölgəsində keçirib. Ötən il aprel ayının 1-dən 2-nə keçən gecə döyüşlərdə qəhrəmancasına həlak olub. Döyüşlərdə rəşadət göstərən Samir Kaçayev ölümündən sonra “İgidliyə görə” medalı ilə təltif olunub. Samir yaşadığı qısa ömür ərzində böyük işlər görməyə müvəffəq olub, yaratdığı əsərləri ilə, sənətə baxışı, insanlara münasibəti, vətənə sevgisi ilə onu tanıyanların rəğbətini, həmkarlarının hörmətini, minlərlə həmvətəninin dərin ehtiramını qazanıb. Nəşr olunan alboma onun 50-dən çox heykəltəraşlıq və qrafika işi daxil edilib.

 

Qeyd edək ki, “Xalq” Bankın 2010-cu ildən həyata keçirdiyi “Xalq Əmanəti” layihəsi çərçivəsində 2016-cı il dekabrın 16-da “Samir Kaçayev. Heykəltəraşlıq” bədii albomu təqdim olunub, bankın Əsas binasında heykəltəraşın əsərlərinin sərgisi açılıb.

 

Şəhid-heykəltəraşın yaradıcılığına marağın yüksək olması səbəbindən sərginin onun doğulub boya-başa çatdığı Şamaxı rayonunda da təşkil edilməsinə qərar verilib.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

15:36 29 Aprel
09:56 29 Aprel
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • telebeler arasinda futbol cempionatinin final turu kecirilib
    Tələbələr arasında futbol çempionatının final turu keçirilib...
  • cocuq mercanlida iki zenit top mermisi ve raket tapilib
    Cocuq Mərcanlıda iki zenit top mərmisi və raket tapılıb...
cocuq mercanlida iki zenit top mermisi ve raket tapilib cocuq mercanlida iki zenit top mermisi ve raket tapilib +2
MƏZƏNNƏ
FOREX
/ 30 Aprel, 2017

USD
1.7025
 
EUR
1.8495
 
RR
0.0299
 

SƏSVERMƏ

Bizim saytdan istifadə etmək sizin üçün rahatdırmı?
TƏSDİQLƏ