Azərbaycan filmləri Bolqarıstanda nümayiş olunacaq

azerbaycan filmleri bolqaristanda numayis olunacaq

“4.1 Şəhər Motivləri” kinoalmanaxına daxil olan “Qonşu qadın”, “Kədərim”, “Yuxarıda və aşağıda” və “Dmitrov küçəsi 86” qısametrajlı bədii filmləri Bolqarıstanın “Sofia MENAR” Beynəlxalq Film Festivalına dəvət alıb.

 

Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasından APA-ya verilən məlumata görə, festival yanvarın 12-dən 29-dək Sofiya şəhərində keçiriləcək. Filmlərimiz festivalın “Fokus” proqramında nümayiş olunacaq.

 

Ekran əsərləri Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə lentə alınıb. Kinoalmanaxın beynəlxalq premyerası Almaniyanın Kotbus Film Festivalının “Fokus” proqramında baş tutub.

 

Kinoalmanaxın quruluşçu rəssamı Rafiq Nəsirov, icraçı prodüseri Azər Quliyev, prodüserləri Müşfiq Hətəmov (Azərbaycanfilm) və İradə Bağırzadədir (Adarifilms). 

 

 

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • sofiyada azerbaycan filmi gecesi kecirilib
    Sofiyada “Azərbaycan filmi” gecəsi keçirilib
  • tehranin ilk coxmertebeli binasinin cokmesi neticesinde olenlerin sayi 50 ye catib yenilenib
    Tehranın ilk çoxmərtəbəli binasının çökməsi nəticəsində ölən...
tehranin ilk coxmertebeli binasinin cokmesi neticesinde olenlerin sayi 50 ye catib yenilenib tehranin ilk coxmertebeli binasinin cokmesi neticesinde olenlerin sayi 50 ye catib yenilenib +2
MƏZƏNNƏ
FOREX
/ 19 Yanvar, 2017

USD
1.8311
 
EUR
1.9483
 
RR
0.0308
 

SƏSVERMƏ

Bizim saytdan istifadə etmək sizin üçün rahatdırmı?
TƏSDİQLƏ