Azərbaycan Qazaxıstanda keçiriləcək festivalda təmsil olunacaq

azerbaycan qazaxistanda kecirilecek festivalda temsil olunacaq

Martın 13-dən 18-dək Almatıda M. Auezov adına Qazaxıstan Dövlət Akademik Dram Teatrı tərəfindən təşkil olunan ənənəvi “Teatr baharı - 2017” festivalı keçiriləcək. 

 

Mədəniyyət və Turizm Nazirliyinin informasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, 1995-ci ildən etibarən davamlı şəkildə keçirilən festival hər il teatrın görkəmli aktyorlarından birinə həsr olunur. Festivalda teatrın ən son premyeraları nümayiş olunaraq beynəlxalq münsiflər tərəfindən qiymətləndirilir. SSRİ-nin xalq artisti Xadişa Bukeevanın 100 illik yubileyinə həsr edilən builki festival çərçivəsində “Xadişa Bukeeva və müasir aktyor sənətinin problemləri” mövzusunda beynəlxalq elmi-praktiki konfrans keçiriləcək.

 

Tədbirdə Azərbaycan da təmsil olunacaq. AMEA-nın Memarlıq və İncəsənət İnstitutunun “Teatr, kino və televiziya” şöbəsinin müdiri, sənətşünaslıq üzrə fəlsəfə doktoru Vidadi Qafarov festivalda münsif qismində iştirak etmək və master-klass keçirmək üçün Qazaxıstana dəvət olunub. V. Qafarov beynəlxalq konfransda “Aktyor sənəti - postdramatik teatrdan əvvəl və sonra” mövzusunda məruzə ilə də çıxış edəcək. 

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • almaniyanin futbol uzre milli komandasi bakiya gelib
    Almaniyanın futbol üzrə milli komandası Bakıya gəlib
  • azerbaycan tebii qaz ixracini 27 artirib
    Azərbaycan təbii qaz ixracını 27% artırıb
azerbaycan tebii qaz ixracini 27 artirib azerbaycan tebii qaz ixracini 27 artirib +2
MƏZƏNNƏ
FOREX
/ 25 Mart, 2017

USD
1.7202
 
EUR
1.8529
 
RR
0.0298
 

SƏSVERMƏ

Bizim saytdan istifadə etmək sizin üçün rahatdırmı?
TƏSDİQLƏ