“Azərbaycanfilm” kinostudiyası “Bizim kino günləri” layihəsini təqdim edəcək

azerbaycanfilm kinostudiyasi bizim kino gunleri layihesini teqdim edecek

“Azərbaycanfilm” kinostudiyası “Bizim kino günləri” layihəsini təqdim edəcək.

 

Kinostudiyadan APA-ya verilən məlumata görə, layihə ilk dəfə 2016-cı ildə keçirilib. İlk layihə Mədəniyyət və Turizm Nazirliyi və Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının ümumi işi olub “Bizim kino günləri – Audiovizual Məkanda Peşəkarlıq” adlanıb və Azərbaycan kinosunun təbliği, müasir kino mənzərəsində yeri və dəyəri, dünya kino sənayesinə inteqrasiyası, kinomuzda yeni tendensiyalar məsələlərinə həsr olunub. Azərbaycan tamaşaçılarına kinoteatrlarda son iki ildə “Azərbaycanfilm”in istehsalı olan müxtəlif janrlı və mövzulu dörd fərqli film nümayiş etdirilib. 

 

Kinostudiyadan əlavə ediblər ki, “Bizim kino günləri 2017”-də son illərdə çəkilən “Qatil”, “Yarımçıq xatirələr”, İçərişəhər”, "Axınla aşağı", “Xeyirlə şərin rəqsi, “Dərs”, “Qırmızı bağ” filmləri nümayiş olunacaq.

 

Qeyd edək ki, layihə ilə bağlı fevralın 1-də Nizami Kino Mərkəzində mətbuat konfransı keçiriləcək.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

15:36 29 Aprel
09:56 29 Aprel
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • telebeler arasinda futbol cempionatinin final turu kecirilib
    Tələbələr arasında futbol çempionatının final turu keçirilib...
  • cocuq mercanlida iki zenit top mermisi ve raket tapilib
    Cocuq Mərcanlıda iki zenit top mərmisi və raket tapılıb...
cocuq mercanlida iki zenit top mermisi ve raket tapilib cocuq mercanlida iki zenit top mermisi ve raket tapilib +2
MƏZƏNNƏ
FOREX
/ 30 Aprel, 2017

USD
1.7025
 
EUR
1.8495
 
RR
0.0299
 

SƏSVERMƏ

Bizim saytdan istifadə etmək sizin üçün rahatdırmı?
TƏSDİQLƏ