Azərbaycanlı modelyerin “Xalçaların dili” kolleksiyası Qazaxıstanda təqdim olunub

Azərbaycan Milli Geyim Mərkəzinin rəhbəri, sənətşünaslıq üzrə fəlsəfə doktoru Gülnarə Xəlilova Qazaxıstanın Şımkənd şəhərində keçirilmiş “ASPARA FASHION WEEK” moda həftəsinin münsiflər heyətində təmsil olunub.  

 

APA-nın məlumatına görə, beynəlxalq dəb festivalı müxtəlif ölkələrdən tanınmış modelyerləri və gənc dizaynerləri bir araya gətirib. Münsiflər heyətinin qərarına əsasən, 13 iştirakçı arasında ən yaxşı Qazaxıstanın Taraz şəhərini təmsil edən Saya Saukimbekova olub.

 

Münsiflər heyətinin tərkibində “Asian Fashion Week Europe”nın direktoru Aydın Açik (Niderland), “Asian Designer Week”nin prezidenti Delfi Robi Ravat (Hindistan), ABŞ-ın “Fashion News Live Network” telekanalının direktoru Rokko Leo Qalioti, Çinin Geyim və tekstil istehsalçıları assosiasiyasının prezidenti Canq Yonq Çenq və başqaları da olublar.

 

“ASPARA FASHION WEEK” çərçivəsində dünyanın 22 ölkəsindən olan 24 dizayner özlərinin 2018-2019 payız-qış kolleksiyalarını təqdim ediblər. Onların arasında Gülnarə Xəlilovanın “Xalçaların dili” kolleksiyası da olub.

 

Moda həftəsi Qazaxıstanın dəb sənayesində ən irimiqyaslı tədbirdir. Qonaqlar və iştirakçılar arasında ABŞ, Hollandiya, İtaliya, Fransa, Polşa, Böyük Britaniya, Hindistan, Çin, Bolqarıstan, Azərbaycan, Rusiya, Qırğızıstan, Özbəkistan, Türkiyə, Tatarıstan, Ukrayna, Almaniya, Serbiya, Macarıstan və Qazaxıstan nümayəndələri var.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

12:23 18 İyun
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • xudatda narkotiklerin qanunsuz dovriyyesi ile mesgul olan sexs saxlanilib
    Xudatda narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan şə...
  • aykut kocaman fenerbagca bas mesqciliyinden uzaqlasdirilib
    Aykut Kocaman “Fənərbağça” baş məşqçiliyindən uzaqlaşdırılıb...
aykut kocaman fenerbagca bas mesqciliyinden uzaqlasdirilib aykut kocaman fenerbagca bas mesqciliyinden uzaqlasdirilib +2
MƏZƏNNƏ
FOREX
/ 19 İyun, 2018

USD
1.7
 
EUR
2.0067
 
RR
0.0272