Azərbaycanlı rəssam İspaniyada keçirilən müsabiqədə ikinci yeri tutub

İspaniyanın Madrid şəhərində 6-cı beynəlxalq rəsm müsabiqəsi keçirilib. Azərbaycanlı rəssam Soltan Soltanlı sözügedən yarışmada 2-ci yeri tutub.

 

Rəssam APA-ya bildirib ki, yarışmada “Kalva ətrafında döyüş” əsəri ikinci yerə layiq görülüb: “Əsəri öncə yağlı boya ilə kətan üzərində yaratmışdım. Sonradan əsərin qrafik variantını kağızda işlədim və fotosunu müsabiqəyə göndərdim. Sözügedən əsəri keçən ilin aprel döyüşlərindən sonra yaratmışam. Əsərdə səngəri ənənəvi biçimdə yox, hər əsgərin ayrıca qəbri kimi təsvir etmişəm. Yəni hər əsgər səngəri öz məzarı kimi qazaraq döyüşə atılıb, yağıya qarşı öz səngər-məzarından döyüşür”.

 

Müsabiqədə birinci yeri Monteneqrodan Darko Drkjevic, üçüncü yeri isə Taylanddan Tawan Chuntraskawvon qazanıblar.

 

Müsabiqənin final mərhələsinə 77 əsər vəsiqə qazanıb. 77 əsərdən ibarət sərginin final mərhələsi yanvarın 17-dən fevralın 26-na kimi nümayiş etdiriləcək. 

 

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

17:16 21 İyul
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • azerbaycan prezidenti rusiyaya sefer edib
    Azərbaycan prezidenti Rusiyaya səfər edib
  • sabuncuda uc nefer denizde batmaq tehlukesi ile uzlesib
    Sabunçuda üç nəfər dənizdə batmaq təhlükəsi ilə üzləşib...
sabuncuda uc nefer denizde batmaq tehlukesi ile uzlesib sabuncuda uc nefer denizde batmaq tehlukesi ile uzlesib +2
MƏZƏNNƏ
FOREX
/ 22 İyul, 2017

USD
1.7012
 
EUR
1.9783
 
RR
0.0289
 

SƏSVERMƏ

Bizim saytdan istifadə etmək sizin üçün rahatdırmı?
TƏSDİQLƏ