Bakıda "Böyük çölün mirası. Zərgərlik sənətinin şah əsərləri” sərgisinin açılışı olub

Milli Azərbaycan Tarixi Muzeyində Qazaxıstanın Milli Muzeyi ilə birgə “Qızıl adamın dünya muzeylərinə səyahəti” beynəlxalq sərgilər layihəsi çərçivəsində “Böyük çölün mirası. Zərgərlik sənətinin şah əsərləri” sərgisinin açılışı olub.

 

APA-nın məlumatına görə, tədbirin açılışından əvvəl Qazaxıstan Milli Muzeyinin direktor müavini Abay Satubaldin, Milli Azərbaycan Tarixi Muzeyinin direktoru, akademik Nailə Vəlixanlı, akademik Şahin Mustafayev sərgi haqqında məlumat veriblər. 

 

Çıxış edənlər sərginin Bakıda keçirilməsinin Qazaxıstanın mədəni mirasının təbliği, Azərbaycanla mədəni əlaqələrin möhkəmlənməsinə töhfə verdiyini diqqətə çatdırıblar.

 

Sərgidə İssıq kurqanında tapılan saka döyüşçüsü “Qızıl adam”, Qazaxıstan Milli Muzeyinin fondlarında qorunan, e.ə VIII əsrə aid olan qızıl məmulatları kolleksiyası təqdim edilir.

 

Sərginin baş eksponatı 1969-cu ildə Almatı şəhərindən 50 kilometr aralı İssıq kurqanında aşkarlanan “Qızıl adam”dır. Tayfa başçısının əynində və baş örtüyündə olan bəzəklər geyimində tikildiyi ardıcıllıqla sağ-salamat qalıb.

 

Sərgi iyulun 1-dək nümayiş etdiriləcək.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

12:23 18 İyun
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • xudatda narkotiklerin qanunsuz dovriyyesi ile mesgul olan sexs saxlanilib
    Xudatda narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan şə...
  • aykut kocaman fenerbagca bas mesqciliyinden uzaqlasdirilib
    Aykut Kocaman “Fənərbağça” baş məşqçiliyindən uzaqlaşdırılıb...
aykut kocaman fenerbagca bas mesqciliyinden uzaqlasdirilib aykut kocaman fenerbagca bas mesqciliyinden uzaqlasdirilib +2
MƏZƏNNƏ
FOREX
/ 19 İyun, 2018

USD
1.7
 
EUR
2.0067
 
RR
0.0272