Beynəlxalq Caz Günü münasibətilə qala-konsert keçirilib

beynelxalq caz gunu munasibetile qala konsert kecirilib

Beynəlxalq Muğam Mərkəzində UNESCO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasının və ABŞ-ın Azərbaycandakı səfirliyinin dəstəyi ilə  Beynəlxalq Caz Günü münasibətilə qala-konsert keçirilib.

 

APA-nın məlumatına görə, tədbirdə Xarici İşlər Nazirliyinin xüsusi tapşırıqlar üzrə səfiri - UNESCO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasının baş katibi Elnur Sultanov çıxış edərək Azərbaycanda caz musiqisinin tarixi ənənələri malik olduğunu bildirib.

 

O qeyd edib ki, bu musiqi sənəti ötən əsrin 30-cu illərindən ölkəmizdə populyarlıq qazanıb və sevilməyə başlayıb.

 

Tədbirdə UNESCO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasının loqosunun həkk olunduğu xatirə hədiyyəsi Bakı Caz Festivalının rəhbəri Leyla Əfəndiyevaya təqdim edilib.

 

ABŞ səfirliyinin müşaviri Uilyam Gill Bakıda Beynəlxalq Caz Gününün qeyd edilməsinin əhəmiyyətindən danışıb. Onun sözlərinə görə, multukultural tarixi ilə seçilən Azərbaycan cazı tam qəbul edilir: “Azərbaycanın caz musiqiçilərinin dünyada tanınması bu səbəbdən təqdirəlayiqdir”. 

 

Sonra tədbir konsert proqramı ilə davam edib. Konsertdə ABŞ-ın tanınmış caz qrupu “Kennedy Administration”, o cümlədən yerli caz ifaçıları klassik və müasir caz nümunələri ilə çıxış edib.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

Video
09:05 25 May
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • 174 gilan sahmat turniri kecirilib
    ® “Gilan Şahmat Turniri” keçirilib
  • nazir energetika sektorunda tenzimleyici qurumun yaradilmasinda beynelxalq teskilatlarin desteyi muhumdur
    Nazir: "Energetika sektorunda tənzimləyici qurumun yaradılma...
nazir energetika sektorunda tenzimleyici qurumun yaradilmasinda beynelxalq teskilatlarin desteyi muhumdur nazir energetika sektorunda tenzimleyici qurumun yaradilmasinda beynelxalq teskilatlarin desteyi muhumdur +2
MƏZƏNNƏ
FOREX
/ 25 May, 2018

USD
1.7
 
EUR
1.9906
 
RR
0.0276