Beynəlxalq Muğam Mərkəzində VIII Şairlər Günü ilə bağlı tədbir keçirilib

Beynəlxalq Muğam Mərkəzində VIII Şairlər Günü ilə bağlı tədbir keçirilib.

 

APA-nın məlumatına görə, tədbirə dünyanın müxtəlif ölkələrindən qələm adamları, eyni zamanda millət vəkilləri, ədəbi ictimaiyyətin nümayəndələri qatılıb.

 

Azərbaycan və Türkiyə himnlərinin ifası ilə başlayan mərasimdə bu il 110 illik yubileyi qeyd olunan Mikayıl Müşfiqin həyat və yaradıcılığına həsr olunan film nümayiş olunub.

 

Yazıçılar Birliyinin sədri, xalq yazıçısı Anar layihənin səkkiz ildir davam etməsini ədəbiyyatın və kitabın təbliği baxımından müsbət hal kimi dəyərləndirib. Anar bildirib ki, Şairlər Gününün nakam şair Müşfiqin xatirəsinə həsr olunmasının xüsusi mənası var: “Biz dünən Müşfiqin xatirəsini yad etmək üçün dənizə gül səpdik. Bir möcüzənin şahidi oldum. Bizə geri qayıdanda dənizə səpdiyimiz qərənfillər üzü Nargin adasına sarı gedirdilər. Sanki bizim hörmət və ehtiramımızı Nargində qətlə yetirilən bütün nakam taleli insanlara, o cümlədən Müşfiqə aparırdılar”.

 

Layihənin rəhbəri, Azərbaycan Yazıçılar Birliyinin mətbuat xidmətinin rəhbəri Xəyal Rza Şairlər Günü haqqında geniş məlumat verib. O, bildirib ki, layihəyə təkcə Azərbaycanda deyil, bir sıra ölkələrdə də böyük maraq var. Onun sözlərinə görə, hər il dünyanın müxtəlif ölkələrindən gələn qələm sahibləri Azərbaycan ədəbiyyatı və mədəniyyəti haqqında geniş məlumat alır, azərbaycanlı yazıçılarla yaxından tanış olurlar.

 

Millət vəkilləri Jalə Əliyeva, Qənirə Paşayeva, Türkiyə Elmi və Ədəbi Əsər Sahiblərinin Məslək Birliyinin (İLESAM) sədri Mehmet Nuri Parmaksız və başqaları tədbir haqqında fikirlərini bölüşüb, Şairlər Gününün təşkilini yüksək qiymətləndiriblər.

 

Qeyd edək ki, APA tədbirin informasiya dəstəkçisidir. 

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • qudret qurbanov azerbaycan bayragi altinda uzen gemilerde tehlukesizliyin temin olunmasi ucun beynelxalq konvensiyalarin teleblerine ciddi riayet olunub
    Qüdrət Qurbanov: “Azərbaycan bayrağı altında üzən gəmilərdə ...
  • turkpa turkiyede seckiler beynelxalq standartlara uygun kecirilib
    TÜRKPA: Türkiyədə seçkilər beynəlxalq standartlara uyğun keç...
turkpa turkiyede seckiler beynelxalq standartlara uygun kecirilib turkpa turkiyede seckiler beynelxalq standartlara uygun kecirilib +2
MƏZƏNNƏ
FOREX
/ 25 İyun, 2018

USD
1.7
 
EUR
1.981
 
RR
0.0269