Dirijor Əyyub Quliyev beynəlxalq müsabiqənin qalibi olub

dirijor eyyub quliyev beynelxalq musabiqenin qalibi olub

Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının dirijoru Əyyub Quliyev Almaniyanın Hamburq şəhərində keçirilən dirijorların beynəlxalq müsabiqəsində ("Debut in der Laeiszhalle") laureat adına layiq görülüb.

 

APA-nın məlumatına görə, müsabiqə Almaniyanın ən məşhur konsert salonlarından biri olan "Laysexalle" gerçəkləşib.

 

5 kateqoriya (dirijorluq, fortepiano, skripka, violonçel və bəstəkarlıq) üzrə keçirilən müsabiqənin nəticələrinə görə Xorxe Luis İçetequi (Venesuela) I mükafata, Əyyub Quliyev (Azərbaycan) II mükafata, Dmitri Kryukov (Rusiya) III mükafata layiq görülüblər.

 

Hamburq "Layse xalle" Filarmoniyası ve "Blackmore Group" musiqi agentliyinin təşkilatçılığı ilə keçirilən müsabiqənin bağlanış mərasimində qaliblər "Hamburq Klassik Philarmonie" orkestri ilə çıxış ediblər. Konsertdən öncə keçirilən rəsmi mərasimdə çıxış edən tanınmış bəstəkar Soren Nils Ayxberq qalibləri təbrik edib və onlara diplom və mükafatları təqdim edib.

 

Rəsmi hissədən sonra dirijorlar Əyyub Quliyev və X.İ.İçetequinin (Venesuela) rəhbərliyi ilə Hamburq orkestri digər ixtisaslar üzrə qaliblər - Dora Kokas (Macarıstan), Sun Qe Ji (Koreya), Oksana Şevçenko (Rusiya) ilə bərabər V.A.Mosart, L.Bethoven, E.Elqar və S.Prokofyevin simfonik və instrumental əsərlərini dinləyicilərə təqdim ediblər.

 

Qeyd edək ki, dirijor Ə. Quliyev bundan əlavə, İtaliyada keçirilən A.Toskanini beynəlxalq müsabiqəsi, V.Lütoslavski müsabiqəsi, D.Mitropulos müsabiqəsi və "Krayova" müsabiqəsinin qalibidir.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

21:17 22 Mart
12:26 22 Mart
10:23 22 Mart
20:11 21 Mart
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • bsu nun numayende heyeti bolqaristanda seferde olub
    BSU-nun nümayəndə heyəti Bolqarıstanda səfərdə olub
  • kiyev meriyasinda novruz bayrami qeyd edilib
    Kiyev meriyasında Novruz bayramı qeyd edilib
kiyev meriyasinda novruz bayrami qeyd edilib kiyev meriyasinda novruz bayrami qeyd edilib +2
MƏZƏNNƏ
FOREX
/ 23 Mart, 2017

USD
1.7202
 
EUR
1.8529
 
RR
0.0298
 

SƏSVERMƏ

Bizim saytdan istifadə etmək sizin üçün rahatdırmı?
TƏSDİQLƏ