Fidan Hacıyeva “Azərbaycan Xalq Cümhuriyyəti-100” adı altında ilk konsertini təqdim edib

Azərbaycanın xalq artisti Fidan Hacıyeva Azərbaycan Dövlət Filarmoniyasında əməkdar incəsənət xadimi, bəstəkar Ədilə Hüseynzadənin romanslarından ibarət “Duyğular” adlı konsert proqramı ilə çıxış edib.

 

APA-nın məlumatına görə, konsertdə xalq artisti Fidan Hacıyeva bəstəkar Ədilə Hüseynzadənin müxtəlif illərdə yazmış olduğu romanslarını səsləndirib. Bu, ifaçının “Azərbaycan Xalq Cümhuriyyəti-100” adı altında təqdim etdiyi ilk konsertdir. Onu fortepianoda beynəlxalq müsabiqələr laureatı Səidə Tağızadə müşayiət edib.

 

Konsertin aparıcıları isə bəstəkarın tələbələri – Bakı Musiqi Akademiyasının professoru Zümrüd Dadaşzadə və əməkdar incəsənət xadimi, bəstəkar, professor Elnarə Dadaşova olublar.

 

Konsert çərçivəsində tamaşaçılara bəstəkarın yaradıcılığı, səsləndiriləcək romanslar haqqında məlumatlar da verilib. Professor Zümrüd Dadaşzadə çıxışında A.Çexovun “İnsanda hər şey gözəl olmalıdır: həm üz, həm geyim, həm ürək, həm fikirlər” kəlamını Ədilə Hüseynzadəyə şamil edərək, onun musiqiyə, sənətə hədsiz vurğunluğunu qeyd edib.

 

Konsertdə “Mənim arzum”, “Kövrək budaq”, “Yaşamaq”, “Yenə, yenə ürək haqqında” (sözləri: Rəsul Rza), “Günəşdən gənclik istədim” (sözləri: Nigar Rəfibəyli), “Bülbül” (sözləri: A.Puşkin, tərcüməsi: Məmməd Rahim), “Yadigar” (sözləri: İsmayıl Soltan) və digər romanslar səsləndirilib.

 

Konsertdə beynəlxalq müsabiqələr laureatı Səidə Tağızadə və əməkdar artist Aleksey Miltıx Ədilə Hüseynzadənin “Sonatina”sını səsləndiriblər.

 

Xalq Artisti Fidan Hacıyeva konsertdə “Vəslin həvəsi” (sözləri: Nizami Gəncəvi, tərcüməsi Əliağa Vahid), “Gül” (sözləri: A.Puşkin, tərcüməsi: M.Rzaquluzadə),“Məhəbbətlə doğulmuşam” (sözləri: Nigar Rəfibəyli), “Bahar” (Bəxtiyar Vahabzadə), “Əziz ana” (sözləri Ramiz Məmmədov) romanslarını da səsləndirib. Tamaşaçılar sırasında Fransada Azərbaycanın Dostları Assosiasiyasının prezidenti Jan-Fransua Mansel, Kalmar şəhərinin meri Gilbert Meyer də olub.

 

Xalq artistinin “Azərbaycan Xalq Cümhuriyyəti-100” layihəsi çərçivəsində növbəti konsertləri mayın 16-da Londonda, mayın 23-də isə İsveçrədə keçiriləcək.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

Video
09:05 25 May
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • 174 gilan sahmat turniri kecirilib
    ® “Gilan Şahmat Turniri” keçirilib
  • nazir energetika sektorunda tenzimleyici qurumun yaradilmasinda beynelxalq teskilatlarin desteyi muhumdur
    Nazir: "Energetika sektorunda tənzimləyici qurumun yaradılma...
nazir energetika sektorunda tenzimleyici qurumun yaradilmasinda beynelxalq teskilatlarin desteyi muhumdur nazir energetika sektorunda tenzimleyici qurumun yaradilmasinda beynelxalq teskilatlarin desteyi muhumdur +2
MƏZƏNNƏ
FOREX
/ 25 May, 2018

USD
1.7
 
EUR
1.9906
 
RR
0.0276