“Gəncliyin səsi” incəsənət festivalı keçirilib

Beynəlxalq Muğam Mərkəzində Gənclər Gününə həsr edilmiş “Gəncliyin səsi” incəsənət festivalı keçirilib. APA-nın məlumatına görə, Mədəniyyət və Turizm Nazirliyi tərəfindən təşkil olunan tədbirdə nazir Əbülfəs Qarayev, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri İnam Kərimov, gənc rəssamlar, ASAN könüllüləri də iştirak edib.

 

Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev bildirib ki, ölkə ərazisində Gənclər Gününə həsr olunan müxtəlif tədbirlər keçirilir. Nazir qeyd edib ki, hər il ilin yekunlarına görə il ərzində görülən işlərə nəzər salınır, gənclərin həyata keçirdiyi layihələr təhlil olunur, daha dəyərli layihələrə gənclər cəlb edilir.

 

Mədəniyyət və incəsənətin inkişafını gəncliyin baxışından kənarda təsəvvür etməyin mümkünsüzlüyünü qeyd edən Ə.Qarayev “Gəncliyin səsi” incəsənət festivalının keçən il ilk dəfə təşəbbüs olaraq irəli sürüldüyünü və böyük marağa səbəb olduğunu söyləyib.

 

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri İnam Kərimov gənclərin cəmiyyətdəki rolundan danışıb, rəhbəri olduğu qurumun gənc könüllülərinin fəaliyyətinə toxunub.

 

Onun sözlərinə görə, on min gəncdən ibarət ASAN könüllülər hərəkatı bir çox layihələr həyata keçirib. Bunlardan ən yaddaqalanları mədəniyyət sahəsində olan layihələrdir.

 

Tədbirdə gənc istedadların əsərlərindən ibarət rəsm sərgisi təşkil edilib, mərasim konsert proqramı ilə davam edib.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • qalibiyyet sahidler ve sehidler kitabinin ilk cildinin teqdimati kecirilib
    "Qalibiyyət - şahidlər və şəhidlər" kitabının ilk cildinin t...
  • unec de novbeti aciq qapi gunu kecirilib
    UNEC-də növbəti "Açıq qapı" günü keçirilib
unec de novbeti aciq qapi gunu kecirilib unec de novbeti aciq qapi gunu kecirilib +2
MƏZƏNNƏ
FOREX
/ 24 İyun, 2017

USD
1.7022
 
EUR
1.8999
 
RR
0.0285
 

SƏSVERMƏ

Bizim saytdan istifadə etmək sizin üçün rahatdırmı?
TƏSDİQLƏ