Görkəmli kontrabas ifaçısı İlyas Hüseynov vəfat edib

Azərbaycan musiqi mədəniyyətinə itki üz verib.

 

Mədəniyyət və Turizm Nazirliyindən APA-ya bildirilib ki, Azərbaycanda kontrabas ifaçılığı və tədrisinin banilərindən biri İlyas Hüseynov 2017-ci il yanvarın 12-də uzun müddətdir yaşadığı Almaniyanın Frankfurt şəhərində vəfat edib.

 

Mərhum sənətkar bu gün  Almaniyanın paytaxtı Berlin şəhərində dəfn olunacaq. 

 

 

İlyas Hüseynov 1924-cü il sentyabrın 22-də Bakıda anadan olub. Yeddi yaşından fortepiano, 10 yaşından violonçel çalmağa başlayıb. Böyük Vətən müharibəsinin (1941-1945) iştirakçısı olan musiqiçi müharibədən döndükdən sonra musiqi fəaliyyətini davam etdirib. İ. Hüseynov pedaqoji fəaliyyətlə yanaşı, Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasının Simfonik orkestrində kontrabasçılar qrupunun konsertmeysteri olub, kamera orkestrində fəaliyyət göstərib.

 

O, kontrabas aləti üçün dərslik, metodiki tövsiyələrin müəllifi olmaqla yanaşı, milli musiqi nümunələrinin kontrabas aləti üçün işləmələrini də həyata keçirib. Bunların sırasında “Elegiya - İsrafimzadə”, Qara Qarayevin “Yeddi gözəl” baletindən solo, Üzeyir Hacıbəylinin “Gülşən” baletindən rəqs və Azərbaycan bəstəkarlarının simfonik əsərlərindən parçaları qeyd etmək olar. 


Görkəmli sənətkar Azərbaycan musiqi mədəniyyətinin inkişafına verdiyi töhfələrə görə 1978-ci ildə respublikanın Əməkdar artisti fəxri adına layiq görülüb.

 

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

15:11 27 May
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • tiflisde azerbaycan dovlet dram teatrinin kecmis direktorunun anim gunu kecirilib
    Tiflisdə Azərbaycan Dövlət Dram Teatrının keçmiş direktorunu...
  • respublika gunu munasibetile silahli quvvelerde silsile tedbirler kecirilib fotosessiya
    Respublika Günü münasibətilə Silahlı Qüvvələrdə silsilə tədb...
respublika gunu munasibetile silahli quvvelerde silsile tedbirler kecirilib fotosessiya respublika gunu munasibetile silahli quvvelerde silsile tedbirler kecirilib fotosessiya +2
MƏZƏNNƏ
FOREX
/ 29 May, 2017

USD
1.702
 
EUR
1.9062
 
RR
0.03
 

SƏSVERMƏ

Bizim saytdan istifadə etmək sizin üçün rahatdırmı?
TƏSDİQLƏ