Heydər Əliyev Mərkəzində “Kukla incəsənətdə” sərgisi açılıb

 

Heydər Əliyev Mərkəzində “Kukla incəsənətdə” sərgisinin açılış mərasimi keçirilib.

 

Fonddan APA-ya bildirilib ki, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva sərgi ilə tanış olub. Mərasimdə çıxış edən Heydər Əliyev Mərkəzinin direktoru Anar Ələkbərov başa çatmaqda olan 2016-cı ilin də Mərkəz üçün çoxsaylı tədbirlə yadda qaldığını bildirib. Qeyd edib ki, bu tədbirlər konfranslar, simpoziumlar, seminarlar, konsertlər və Heydər Əliyev Mərkəzinin təqdim etdiyi çoxsaylı sərgidən ibarətdir.

 

A. Ələkbərov vurğulayıb ki, “Kukla incəsənətdə” sərgisində təqdim edilən kolleksiyanı Heydər Əliyev Fondu  10 il ərzində toplayıb. Sərgidə 16 ölkədən 60 rəssam-heykəltəraşın, o cümlədən azərbaycanlı rəssamların işləri təqdim edilir. A. Ələkbərov ekspozisiyanın təşkilində dəstəyə görə Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya, vitse-prezidenti Leyla Əliyevaya təşəkkürünü bildirib.

 

Rusiya Rəssamlıq Akademiyasının müxbir üzvü, Ümumrusiya Rəssamlar İttifaqının bədii kukla bölməsinin sədr müavini, kuklaçı rəssam Aleksandra Xudyakova Bakı şəhərinin gözəlliyinə heyran qaldığını bildirib: “İlk dəfədir ki, bu cür yüksək səviyyədə bədii kukla sərgisini görürəm. Mən bu möhtəşəm tədbirə görə Heydər Əliyev Fonduna, eləcə də Fondun vitse-prezidenti Leyla Əliyevaya təşəkkürümü bildirirəm. Bu cür ekspozisiyanı ilk dəfədir, görürəm. Kukla insanın reprezentasiyasının ən qədim formalarından biridir”.

 

Azərbaycan Rəssamlar İttifaqının üzvü, Əməkdar Mədəniyyət İşçisi Elmira Abbaslı bildirib ki, bu sərginin təşkili böyük bayramdır.

 

Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının rektoru, akademik Ömər Eldarov deyib ki, sərgi maraqlı və nadir bayramdır. Sərgidə hər şey gözəl və nağıllarda olduğu kimidir: “Kuklalar bizi anadan olduğumuz gündən müşayiət edir. Burada təqdim edilən əsərlərdə isə böyüklərin gözəllik haqqında söhbəti, dərin və həssas hisslər təcəssüm olunub”.

 

Sonra tədbir iştirakçıları sərgi ilə tanış olublar. Sərgidə dünyanın müxtəlif ölkələrinin müəlliflərinin əl işi olan 230 kukla nümayiş etdirilir. Bu sənət əsərləri ümumilikdə 400-dən çox eksponatdan ibarət kolleksiyanın nümunələridir.

 

Sərgidə Azərbaycan, ABŞ, Almaniya, Avstraliya, Belçika, Çexiya, Estoniya, Fransa, İsrail, İtaliya, Latviya, Rusiya, Şimali Kipr, İndoneziya, Ukrayna və Yaponiyanın tanınmış kuklaçı rəssamlarının əl işləri təqdim olunur.

 

Ekspozisiyada nümayiş etdirilən sənət nümunələrinin əksəriyyəti tək nüsxədə hazırlanıb və yüksək bədii dəyərə malikdir. Həmin əsərlərin çoxu beynəlxalq kukla festivalları və biennalelərində qalib olub.

 

Sərgidə çini, kağız, plastik, taxta və parçadan hazırlanan ənənəvi kuklalarla yanaşı, müasir texnologiyalardan istifadə olunaraq yaradılan modern kuklalar da təqdim edilir. Sərgidə kuklalar 11 müxtəlif mövzu üzrə bölünüb. Belə ki, ekspozisiyada geyim tarixi, yumoristik obrazlar, bayram simaları, İçərişəhər sakinləri, nağıl qəhrəmanları, taxta kuklalar və digər mövzularda eksponatlarla tanış olmaq mümkündür. 

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

12:40 21 Yanvar
Video
10:13 21 Yanvar
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • masallida ev quslari arasinda kutlevi telefat musahide olunur
    Masallıda ev quşları arasında kütləvi tələfat müşahidə olunu...
  • efiopiyada 20 yanvar faciesi ile bagli tedbirler kecirilib
    Efiopiyada "20 Yanvar" faciəsi ilə bağlı tədbirlər keçirilib...
efiopiyada 20 yanvar faciesi ile bagli tedbirler kecirilib efiopiyada 20 yanvar faciesi ile bagli tedbirler kecirilib +2
MƏZƏNNƏ
FOREX
/ 22 Yanvar, 2017

USD
1.8311
 
EUR
1.9483
 
RR
0.0308
 

SƏSVERMƏ

Bizim saytdan istifadə etmək sizin üçün rahatdırmı?
TƏSDİQLƏ