Heydər Əliyev Sarayında "Mənim Azərbaycanım” konsert proqramı təqdim ediləcək

heyder eliyev sarayinda menim azerbaycanim konsert proqrami teqdim edilecek

IV İslam Həmrəyliyi Oyunları günlərində Heydər Əliyev Sarayında qonaqlara islam və Azərbaycanın zəngin mədəniyyətini əks etdirən müxtəlif konsert proqramları təqdim ediləcək.

 

Qurumun mətbuat xidmətindən APA-ya verilən məlumata görə, aprel ayında Bakı Şoppinq Festivalının açılış mərasimində Azərbaycan Dövlət Rəqs Ansamblının iştirakı ilə premyerası keçirilən konsert proqramı yenidən paytaxt sakinləri və xarici qonaqlara təqdim olunacaq: “Obrazlığı, rəngarəngliyi və ifaları böyük maraqla qarşılanan Azərbaycan Dövlət Rəqs Ansamblının “Mənim Azərbaycanım” yeni konsert proqramı və “Koroğlu” bir pərdəli milli baleti mayın 20–də Heydər Əliyev Sarayında baş tutacaq. Konsertin bədii rəhbəri və quruluşçusu Rusiyanın xalq artisti Dikalu Muzakaevdir” . 

 

Saat 19:00–da başlayacaq konsertin biletlərinin qiyməti 10-40 manat təşkil edir. Biletləri www.iticket.az saytından onlayn, şəhərin kassalarından və ASAN xidmət mərkəzlərindən əldə etmək olar.  

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

Video
10:05 27 İyun
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • zakir hesenov nato nun toplantisinda istirak edecek
    Zakir Həsənov NATO-nun toplantısında iştirak edəcək
  • erdogan turkiye suriyada daha bir herbi emeliyyat kecirmeye hazirdir
    Ərdoğan: “Türkiyə Suriyada daha bir hərbi əməliyyat keçirməy...
erdogan turkiye suriyada daha bir herbi emeliyyat kecirmeye hazirdir erdogan turkiye suriyada daha bir herbi emeliyyat kecirmeye hazirdir +2
MƏZƏNNƏ
FOREX
/ 28 İyun, 2017

USD
1.7022
 
EUR
1.8999
 
RR
0.0285
 

SƏSVERMƏ

Bizim saytdan istifadə etmək sizin üçün rahatdırmı?
TƏSDİQLƏ