IX Beynəlxalq Mstislav Rostropoviç Festivalı başa çatıb

ix beynelxalq mstislav rostropovic festivali basa catib

Aprelin 27-də Heydər Əliyev Sarayında IX Beynəlxalq Mstislav Rostropoviç Festivalının bağlanış mərasimi olub.

 

Heydər Əliyev Fondunun mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, bağlanış konsertində Rusiyanın Əməkdar Kollektivi D.Şostakoviç adına Sankt-Peterburq Filarmoniyasının Akademik Simfonik Orkestri çıxış edib. Orkestrin bədii rəhbəri və baş dirijoru SSRİ Xalq Artisti Yuri Temirkanov, solisti Sergey Doqadindir. Konsertdə Sergey Prokofyev, Dmitri Şostakoviç və İqor Stravinskinin əsərləri səsləndirilib.

 

Qeyd edək ki, festival Azərbaycan Prezidentinin “Mstislav Rostropoviçin 90 illik yubileyinin keçirilməsi haqqında” müvafiq Sərəncamına əsasən təşkil olunub.

 

Heydər Əliyev Fondu, Mstislav Rostropoviç Fondu və Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə keçirilən festivalda Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri, xarici ölkələrdən dünya şöhrətli musiqi kollektivləri - Rusiyanın Əməkdar Kollektivi Sankt-Peterburq Akademik Simfonik Orkestri, “Vyana-Berlin” Kamera Orkestri, “Drezden Ştaatskapella” çıxış edib.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

15:05 22 İyul
17:16 21 İyul
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • fhn bakida bas veren yanginla bagli melumat yayib yenilenib 3
    FHN Bakıda baş verən yanğınla bağlı məlumat yayıb - YENİLƏNİ...
  • gencede metbuat numayendeleri esger aga goraninin qebrini ziyaret edibler
    Gəncədə mətbuat nümayəndələri Əsgər ağa Goraninin qəbrini zi...
gencede metbuat numayendeleri esger aga goraninin qebrini ziyaret edibler gencede metbuat numayendeleri esger aga goraninin qebrini ziyaret edibler +2
MƏZƏNNƏ
FOREX
/ 22 İyul, 2017

USD
1.7012
 
EUR
1.9783
 
RR
0.0289
 

SƏSVERMƏ

Bizim saytdan istifadə etmək sizin üçün rahatdırmı?
TƏSDİQLƏ