Moldovada Class Fest Beynəlxalq Teatr Məktəbləri Festivalı keçirilib

Moldovanın Təhsil, Mədəniyyət və Tədqiqatlar Nazirliyi, Musiqi, Teatr və İncəsənət Akademiyası, İncəsənət Teatrı, Xoreoqrafiya və Multimedia fakültəsinin təşkilatçılığı ilə Moldova Respublikasının Luceafarul Respublika Teatrında Class Fest Beynəlxalq Teatr Məktəbləri Festivalının VIII nəşri keçirilib.

 

Dünyanın müxtəlif ölkələrindən olan (Azərbaycan, Avstriya, Ukrayna, Qazaxıstan, Rusiya, Polşa, İtaliya, Fransa, Rumıniya, Belarus, Almaniya, Moldova Respublikası və Ermənistan) onlarla teatr məktəbinin nümayəndələri Moldovanın paytaxtı Kişinyova toplaşıblar.

 

Festival çərçivəsində Azərbaycan tərəfi Azərbaycan Respublikası Dövlət Mədəniyyət və İncəsənət Universitetinin SABAH qrupları IV kurs aktyor sənəti ixtisası üzrə təhsil alan tələbələri tərəfindən Azərbaycanın görkəmli dramaturqlarından olan Mirzə Fətəli Axundzadənin “Hekayəti Müsyo Jordan Həkimi-Nəbatat və Dərviş Məstəli şah cadükuni Məşhur” əsəri-tamaşası səhnələşdirilib.

 

Tamaşanın nümayişində Azərbaycanın Moldovadakı səfiri Qüdsi Osmanov başda olmaqla, Səfirliyin heyəti, Moldova Azərbaycanlıları Konqresinin nümayəndələri, Türkiyənin Moldovadakı Səfirliyinin əməkdaşları, eləcə də azərbaycanlı və moldovalı tələbələr, həmçinin Moldova Respublikasında yaşayan azərbaycanlılar, Moldovanın ictimai və mədəni xadimləri iştirak ediblər.

Tamaşa yerli KİV-də geniş işıqlandırılıb.

 

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

Video
09:05 25 May
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • 174 gilan sahmat turniri kecirilib
    ® “Gilan Şahmat Turniri” keçirilib
  • nazir energetika sektorunda tenzimleyici qurumun yaradilmasinda beynelxalq teskilatlarin desteyi muhumdur
    Nazir: "Energetika sektorunda tənzimləyici qurumun yaradılma...
nazir energetika sektorunda tenzimleyici qurumun yaradilmasinda beynelxalq teskilatlarin desteyi muhumdur nazir energetika sektorunda tenzimleyici qurumun yaradilmasinda beynelxalq teskilatlarin desteyi muhumdur +2
MƏZƏNNƏ
FOREX
/ 25 May, 2018

USD
1.7
 
EUR
1.9906
 
RR
0.0276