Mübariz İbrahimovun qəhrəmanlığından bəhs edən film çəkiləcək

mubariz ibrahimovun qehremanligindan behs eden film cekilecek

Türkiyənin tanınmış film və televiziya proqramları şirkəti olan “Renk Media” politoloq Ramiz Alıyevin ideya müəllifliyi və Mədəniyyət və Turizm Nazirliyinin razılığı ilə Milli Qəhrəman Mübariz İbrahimovun haqqında “Mübariz” filmini çəkəcək.

 

APA-nın xəbərinə görə, çəkiliş üçün iki il davam edən hazırlıqlar başa çatıb, yaxın günlərdə filmin çəkilişə başlanacaq. Şirkətin sahibi Hamit Tuncel deyib ki, Milli Qəhrəman Mübariz İbrahimov Azərbaycanla yanaşı, Türkiyənin də qəhrəmanıdır.

 

“Filmdə Türkiyənin ən məşhur seriallarında baş rolda oynayan aktyorlar və aktrisalar iştirak edəcək. Dünya miqyasında mükafatlar almış rejissorlar da cəlb olunacaq. Filmdə Azərbaycanın illərdir, müdafiə etdiyi haqlı iddiaları, Xocalı və Qarabağ haqqında hissələr də olacaq. Film yalnız Azərbaycanda və Türkiyədə nümayiş olunmayacaq. Bağladığımız əməkdaşlıq müqavilələrinə əsasən, Avropanın və dünyanın bir çox kinoteatrında izləniləcək. Ekran əsərinin musiqisi üçün dünyanın ən çox izlənilən serial və filmlərinə üçün mahnılar hazırlayan "Capitol" studiyalarından dəstək alınacaq. Azərbaycanda əməkdaşlıq etdiyimiz şirkətlərdən birini də cəlb edəcəyik. Türkiyəli aktyor və aktrisalarla yanaşı, Azərbaycandan da  sənətçilər çağırılacaq” – deyə, şirkət rəhbəri  əlavə edib. 

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

15:23 25 May
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • azerbaycan nefti ucuzlasib
    Azərbaycan nefti ucuzlaşıb
  • batumide 28 may respublika gunu qeyd olunub
    Batumidə 28 may - Respublika Günü qeyd olunub
batumide 28 may respublika gunu qeyd olunub batumide 28 may respublika gunu qeyd olunub +2
MƏZƏNNƏ
FOREX
/ 26 May, 2017

USD
1.7021
 
EUR
1.9133
 
RR
0.0302
 

SƏSVERMƏ

Bizim saytdan istifadə etmək sizin üçün rahatdırmı?
TƏSDİQLƏ