Musiqili Teatrda “Mənim günahım” tamaşasının premyerası olacaq

musiqili teatrda menim gunahim tamasasinin premyerasi olacaq

Azərbaycan Dövlət Musiqili Teatrında 107-ci mövsümün növbəti premyerası keçiriləcək. Teatrın mətbuat katibi Samir Sədaqətoğlunun APA-ya verdiyi məlumata görə, xalq yazıçısı İlyas Əfəndiyevin “Mənim günahım” pyesi və SSRİ xalq artisti Qara Qarayevin musiqiləri əsasında hazırlanan tamaşa fevralın 9-da təqdim olunacaq.

 

Layihənin ideya müəllifi və bədii rəhbəri Azərbaycan Dövlət Musiqili Teatrının direktoru, əməkdar incəsənət xadimi Əliqismət Lalayev, quruluşçu rejissoru Gəncə Dövlət Dram Teatrının baş rejissoru İradə Gözəlovadır. 

 

Sevgi haqqında pritça olan balet-tamaşa minimalizm üslubunda səhnələşdirilib. Səhnə əsərində Qara Qarayevin “Yeddi gözəl” baletindən və digər musiqilərindən istifadə olunub.

 

Səhnə əsərində rolları xalq artisti Şükufə Yusupova, əməkdar artist İlham Hüseynov və balet artisti Cəlalə Novruzlu ifa edirlər.

 

Tamaşanın dirijoru əməkdar incəsənət xadimi Fəxrəddin Atayev, quruluşçu baletmeysteri Yelena Ağayeva, quruluşçu rəssamı Gəncə Dövlət Dram Teatrının rəssamı Elnur Axundov, konsertmeysteri Fidan Babayeva, rejissor assistenti Elməddin Dadaşovdur. 

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • almaniyanin futbol uzre milli komandasi bakiya gelib
    Almaniyanın futbol üzrə milli komandası Bakıya gəlib
  • azerbaycan tebii qaz ixracini 27 artirib
    Azərbaycan təbii qaz ixracını 27% artırıb
azerbaycan tebii qaz ixracini 27 artirib azerbaycan tebii qaz ixracini 27 artirib +2
MƏZƏNNƏ
FOREX
/ 25 Mart, 2017

USD
1.7202
 
EUR
1.8529
 
RR
0.0298
 

SƏSVERMƏ

Bizim saytdan istifadə etmək sizin üçün rahatdırmı?
TƏSDİQLƏ