Nizami Kino Mərkəzində Britaniya Bahar Film Festivalının açılışı keçirilib

nizami kino merkezinde britaniya bahar film festivalinin acilisi kecirilib

Nizami Kino Mərkəzində üçüncü Britaniya Bahar Film Festivalının açılışı keçirilib. APA-nın məlumatına görə, festivalın açılış mərasimi "British Council Azərbaycan" və Böyük Britaniyanın Azərbaycandakı səfirliyinin təşkilatçılığı ilə baş tutub.

 

Tədbirdə çıxış edən Nizami Kino Mərkəzinin rəhbəri Leyli Mirzəyevə və “British Council Azərbaycan”ın rəhbəri Elizabet Vayt film festivalı haqqında məlumat verib, nümayiş olunması planlaşdırılan ekran əsərləri barədə danışıblar.

 

Qeyd olunub ki, bu ilki açılış filmi Reyçel Tunnardın mükafat almış “Yetkinlik həyatının bacarıqları” komediyasıdır. Film Azərbaycan dilində subtitrlərlə nümayiş olunub.

 

Aprelin 28-dən mayın 4-dək davam edəcək festivalda qadın rejissorların lentə aldığı altı film təqdim olunacaq. Təqdimat filmi istisna olunmaqla, digər filmlər rus dilində alt yazılarla nümayiş ediləcək.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

10:02 29 May
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • bakida ecdadlarin izi ile movzusunda elmi konfrans kecirilib
    Bakıda "Əcdadların izi ilə" mövzusunda elmi konfrans keçiril...
  • koroglu neqliyyati mubadile merkezi evvelki yerine qaytarilir
    “Koroğlu” Nəqliyyatı Mübadilə Mərkəzi əvvəlki yerinə qaytarı...
koroglu neqliyyati mubadile merkezi evvelki yerine qaytarilir koroglu neqliyyati mubadile merkezi evvelki yerine qaytarilir +2
MƏZƏNNƏ
FOREX
/ 29 May, 2017

USD
1.702
 
EUR
1.9062
 
RR
0.03
 

SƏSVERMƏ

Bizim saytdan istifadə etmək sizin üçün rahatdırmı?
TƏSDİQLƏ