Nizami Kino Mərkəzində “Qalxan və qılınc” sənədli filminin təqdimatı keçirilib

Nizami Kino Mərkəzində Mədəniyyət Nazirliyi və Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının təşkilatçılığı ilə “Qalxan və qılınc” sənədli filminin təqdimatı keçirilib.

 

APA-nın məlumatına görə, Heydər Əliyevin 95 illik yubileyinə həsr edilmiş filmin nümayişindən əvvəl çıxış edən Azərbaycan Respublikası Kinematoqrafiyaçılar İttifaqının birinci katibi, əməkdar incəsənət xadimi Cəmil Quliyev bildirib ki, “Qılınc və qalxan” son illər ərzində C. Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının təqdim etdiyi ən uğurlu layihələrdən biridir: “Filmin rejissoru Etibar Məmmədovun yaradıcılığında demək olar ki, Dağlıq Qarabağ mövzusu aparıcı mövzulardandır. Onun ekranlaşdırdığı filmlər daha maraqlı və daha təsirlidir. Bu film sırf kinopublisistik janrında ekranlaşdırılan filmdir. Filmin mərkəzində ümummilli liderimiz Heydər Əliyevin siyasəti, onun erməni daşnaklarına qarşı apardığı uğurlu mübarizə dayanır. Bu film Azərbaycanın əleyhinə çəkilən filmlərə ən kəsərli cavabdır”.

 

Xocavənd rayon İcra Hakimiyyəti başçısı Eyvaz Hüseynov filmin əhəmiyyətindən söz açıb. O deyib ki, ekran əsəri Dağlıq Qarabağda baş verən hadisələrlə bağlıdır.

 

Dövlət sifarişi ilə ekranlaşdırılan filmin ssenari müəllifi və rejissoru Etibar Məmmədov, operatoru Ramin Şahbazov, montaj rejissoru Coşqun Zahidov, səs rejissoru Nurani İsgəndərov, icraçı prodüseri Orxan Əliyev, prodüseri Müşfiq Hətəmovdur.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

13:22 23 İyun
09:33 23 İyun
09:25 23 İyun
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • ebulfez elcibeyin doguldugu keleki kendinde yubileyi kecirilib
    Əbülfəz Elçibəyin doğulduğu Kələki kəndində yubileyi keçiril...
  • mudafie senayesi naziri yaver camalov defn edilib fotosessiya
    Müdafiə sənayesi naziri Yavər Camalov dəfn edilib - FOTOSESS...
mudafie senayesi naziri yaver camalov defn edilib fotosessiya mudafie senayesi naziri yaver camalov defn edilib fotosessiya +2
MƏZƏNNƏ
FOREX
/ 24 İyun, 2018

USD
1.7
 
EUR
1.9745
 
RR
0.0267