Ramiz Quliyevin 70 illik yubileyinə həsr olunan konsert keçiriləcək

ramiz quliyevin 70 illik yubileyine hesr olunan konsert kecirilecek

Mayın 2-də Azərbaycan Dövlət Filarmoniyasında xalq artisti, tarzən Ramiz Quliyevin 70 illik yubileyinə həsr olunan təntənəli qala-konsert keçiriləcək. APA-nın məlumatına görə, konsert Mədəniyyət və Turizm Nazirliyi və Azərbaycan Dövlət Filarmoniyasının təşkilati dəstəyi ilə baş tutacaq.

 

Tədbirdə Azərbaycanın tanınmış ifaçıları, kollektivləri və musiqi xadimləri iştirak edəcək. Bu il Ramiz Quliyevin pedaqoji fəaliyyətinin 50 illiyi də qeyd edilir. Tarzən Bakı Musiqi Akademiyasında pedaqoji fəaliyyətini davam etdirir. Onun xarici və Azərbaycan bəstəkarlarının tar ilə fortepiano üçün işlədiyi bir çox əsərləri çapdan çıxıb. R. Quliyev bir sıra dərsliklərin, dərs proqramlarının, elmi və metodiki tövsiyyələrin müəllifidir.

 

R. Quliyev Türkiyə, Əfqanıstan, Suriya, İsveçrə, Hollandiya, Hindistan, ABŞ, Kanada, Danimarka, İran, İraq, Fransa, İngiltərə, İsrail, Norveç və başqa ölkələrdə konsert proqramları ilə çıxış edib.

 

 

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

Video
10:05 27 İyun
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • zakir hesenov nato nun toplantisinda istirak edecek
    Zakir Həsənov NATO-nun toplantısında iştirak edəcək
  • erdogan turkiye suriyada daha bir herbi emeliyyat kecirmeye hazirdir
    Ərdoğan: “Türkiyə Suriyada daha bir hərbi əməliyyat keçirməy...
erdogan turkiye suriyada daha bir herbi emeliyyat kecirmeye hazirdir erdogan turkiye suriyada daha bir herbi emeliyyat kecirmeye hazirdir +2
MƏZƏNNƏ
FOREX
/ 28 İyun, 2017

USD
1.7022
 
EUR
1.8999
 
RR
0.0285
 

SƏSVERMƏ

Bizim saytdan istifadə etmək sizin üçün rahatdırmı?
TƏSDİQLƏ