Roman Polanski və Bill Kosbi Amerika Kino Akademiyasından xaric edilib

roman polanski ve bill kosbi amerika kino akademiyasindan xaric edilib

 

Tanınmış rejissor Roman Polanski və aktyor Bill Kosbi Amerika Kino Akademiyasından xaric edilib.

 

APA-nın "Meduza" portalına istinadən verdiyi məlumata görə, Kino Akademiyasının rəhbərləri zorlamada günahkar bilinən hər iki şəxsin Akademiyadan çıxarılmasına qərar verib.

 

"İdarə Heyəti Akademiya üzvlərindən hörmət və insan ləyaqətinə uyğun davranış qaydaları tələb edən etik standartları dəstəkləməyə davam edir", - deyə Akademiyanın bəyanatında deyilir.  

 

Qeyd edək ki, 84 yaşlı R. Polanski 1977-ci ildə 13 yaşlı Samanta Geymeri zorladığını etiraf edib.

 

80 yaşlı komediya aktyoru B. Kosbi isə bu il aprelin sonlarında universitet əməkdaşı Andrea Konstandı zorlamaqda günahkar bilinib.

 

Onlarla qadına qarşı seksual zorakılıq hərəkətləri etməkdə təqsirləndirilən prodüser Xarvi Vaynşteyn isə 2017-ci ilin oktyabrında Amerika Kino Akademiyasından çıxarılıb.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

Video
09:05 25 May
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • 174 gilan sahmat turniri kecirilib
    ® “Gilan Şahmat Turniri” keçirilib
  • nazir energetika sektorunda tenzimleyici qurumun yaradilmasinda beynelxalq teskilatlarin desteyi muhumdur
    Nazir: "Energetika sektorunda tənzimləyici qurumun yaradılma...
nazir energetika sektorunda tenzimleyici qurumun yaradilmasinda beynelxalq teskilatlarin desteyi muhumdur nazir energetika sektorunda tenzimleyici qurumun yaradilmasinda beynelxalq teskilatlarin desteyi muhumdur +2
MƏZƏNNƏ
FOREX
/ 25 May, 2018

USD
1.7
 
EUR
1.9906
 
RR
0.0276