Tekfen Filarmoniya Orkestri Bakıda “100 il” adlı konsert proqramı ilə çıxış edib

İyunun 5-də Heydər Əliyev Mərkəzində Tekfen Filarmoniya Orkestri konsert proqramı ilə çıxış edib.

 

Heydər Əliyev Mərkəzindən APA-ya verilən xəbərə görə, Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyinə həsr edilmiş “100 il” adlı konsertdə respublikanın tanınmış elm, mədəniyyət və incəsənət xadimləri, dövlət və hökumət üzvləri, habelə diplomatik korpus nümayəndələri iştirak ediblər.

 

Heydər Əliyev Mərkəzi və “Tekfen” inşaat şirkətinin təşkilatçılığı ilə keçirilən klassik musiqi axşamında orkestr tanınmış dirijor Аziz Şoxakimovun bədii rəhbərliyi ilə bir-birindən parlaq musiqi nömrələri ifa edib.

 

Gecədə görkəmli bəstəkarlar Qara Qarayev və Hacı Xanməmmədovun, habelə Ülvi Cemal Erkinin (Türkiyə) və Şarl Qunonun (Fransa) əsərləri səsləndirilib.

 

Konsertdə dünya şöhrətli  pianoçu Hüseyin Sermet və kamança ifaçısı Mehri Arifqızının solist qismində çıxışı gecəyə əlavə gözəllik qatıb.

 

Orkestr  bütün professional ifaçılıq imkanlarını təqdim etməklə, musiqi ilə emosiyalar arasındakı bağlılığı bir daha sübut edib. Eyni zamanda, universal ifaçılıq üslubunu nümayiş etdirən kollektivin çıxışı salonda yüksək əhval-ruhiyyə yaradaraq  hərarətli arqışlarla qarşılanıb.

 

Tanınmış dirijor Аziz Şoxakimov jurnalistlərə müsahibəsində Azərbaycanı çox sevdiyini və həmişə bu ölkəyə gəlmək arzusunda olduğunu bildirib. O, Bakıda çıxış etməsindən məmnunluğunu ifadə edib.  Azərbaycan musiqisinin heyranı olduğunu söyləyən dirijor hətta Azərbaycan rəqsi öyrənməyə başladığını vurğulayıb.

 

Kamança ifaçısı Mehri Arifqızı isə müsahibəsində Tekfen Filarmoniya Orkestri ilə yanaşı, Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunan konsertdə çıxış etməsindən şərəf duyduğunu bildirib.

 

Qeyd edək ki, Tekfen Filarmoniya Orkestri 1992-ci ildə yaradılıb. Qara dəniz, Xəzər dənizi və Şərqi Aralıq dənizi bölgələrinin musiqiçilərini bir araya gətirdiyinə görə həm də “Üç dənizin səsi” adı ilə tanınır.

 

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

13:22 23 İyun
09:33 23 İyun
09:25 23 İyun
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • turkiyede novbedenkenar prezident ve parlament seckilerinde sesverme basa catib yenilenib
    Türkiyədə növbədənkənar prezident və parlament seçkilərində ...
  • ebulfez elcibeyin doguldugu keleki kendinde yubileyi kecirilib fotosessiya
    Əbülfəz Elçibəyin doğulduğu Kələki kəndində yubileyi keçiril...
ebulfez elcibeyin doguldugu keleki kendinde yubileyi kecirilib fotosessiya ebulfez elcibeyin doguldugu keleki kendinde yubileyi kecirilib fotosessiya +2
MƏZƏNNƏ
FOREX
/ 24 İyun, 2018

USD
1.7
 
EUR
1.9745
 
RR
0.0267