Bakıda Britaniya film festivalı başlayır

bakida britaniya film festivali baslayir

Aprelin 28-də Nizami Kino Mərkəzində üçüncü Britaniya Bahar Film Festivalının açılışı keçiriləcək.

 

Mərkəzdən APA-ya verilən məlumata görə, festival "British Council Azərbaycan" və Böyük Britaniyanın Azərbaycandakı səfirliyinin təşkilatçılığı ilə baş tutacaq.

 

Bu ilki açılış filmi Reyçel Tunnardın mükafat almış “Yetkinlik həyatının bacarıqları” komediyasıdır.

 

Film Azərbaycan dilində subtitrlərlə nümayiş olunacaq.

 

Aprelin 28-dən mayın 4-dək davam edəcək festivalda qadın rejissorların lentə aldığı altı film təqdim olunacaq. 

 

Təqdimat filmi istisna olunmaqla, digər filmlər rus dilində alt yazılarla nümayiş ediləcək. 

 

Biletləri Nizami Kino Mərkəzinin kassalarından əldə etmək mümkündür.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • mancesterde toredilen terror akti neticesinde 19 nefer olub yenilenib 2
    Mançesterdə törədilən terror aktı nəticəsində 19 nəfər ölüb ...
  • islamiadanin baglanis merasiminden goruntuler fotosessiya
    İslamiadanın bağlanış mərasimindən görüntülər - FOTOSESSİYA...
islamiadanin baglanis merasiminden goruntuler fotosessiya islamiadanin baglanis merasiminden goruntuler fotosessiya +2
MƏZƏNNƏ
FOREX
/ 23 May, 2017

USD
1.7023
 
EUR
1.9047
 
RR
0.03
 

SƏSVERMƏ

Bizim saytdan istifadə etmək sizin üçün rahatdırmı?
TƏSDİQLƏ