"Üzeyir Hacıbəylinin milli lad sistemi gənc musiqiçilərin tədris repertuarında” festivalı keçiriləcək

uzeyir hacibeylinin milli lad sistemi genc musiqicilerin tedris repertuarinda festivali kecirilecek

Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyası tərəfindən “Üzeyir Hacıbəylinin milli lad sistemi gənc musiqiçilərin tədris repertuarında” adlı II Respublika festivalı keçiriləcək. Nazirliyin informasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, festival aprelin 10-dan 17-dək təşkil olunacaq. 

 

Festivalın dörd nominasiya - “Fortepiano”, “Bəstəkarlıq”, “Solo oxuma”, “Orkestr alətləri” üzrə keçirilməsi nəzərdə tutulur.

 

Məqsəd böyüməkdə olan nəslin mənəvi simasının formalaşmasında mühüm amil olan milli musiqi gen yaddaşının dirçəldilməsi və aktivləşdirilməsi, milli lad sisteminin Avropa alətlərində (fortepiano, violin, vilonçel və nəfəs və zərb alətləri) ifa edilməsi, respublikanın musiqi məktəbləri və incəsənət məktəblərinin təlim-tərbiyə prosesində milli musiqinin didaktik rolunun gücləndirilməsindən ibarətdir. 

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • gurcustanda beynelxalq xalca festivalinin acilisi olub
    Gürcüstanda Beynəlxalq Xalça Festivalının açılışı olub...
  • bakida meshur hind aktyoru ile gorus kecirilib
    Bakıda məşhur hind aktyoru ilə görüş keçirilib
bakida meshur hind aktyoru ile gorus kecirilib bakida meshur hind aktyoru ile gorus kecirilib +2
MƏZƏNNƏ
FOREX
/ 29 İyun, 2017

USD
1.7022
 
EUR
1.8999
 
RR
0.0285
 

SƏSVERMƏ

Bizim saytdan istifadə etmək sizin üçün rahatdırmı?
TƏSDİQLƏ