Xalq artisti Yusif Vəliyevin anadan olmasının 100 illiyi qeyd olunacaq

Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında görkəmli sənətkar, teatr və kino aktyoru, xalq artisti Yusif Vəliyevin anadan olmasının 100 illik yubileyinə həsr olunmuş xatirə gecəsi keçiriləcək.

 

Teatrın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, iyunun 2-də saat 19.00-da keçiriləcək tədbirdə vaxtilə sənətkarla çalışmış həmkarları çıxış edərək görkəmli aktyor haqqında fikirlərini bölüşəcək, onun çəkildiyi filmlərdən və oynadığı rollardan kadrlar nümayiş etdiriləcək. Tədbirin quruluşçu rejissoru xalq artisti Vaqif Əsədov, aparıcı əməkdar incəsənət xadimi, sənətşünaslıq doktoru, professor İlham Rəhimlidir. 

 

Teatrın foyesində aktyorun yaradıcılığını əks etdirən fotosərgi tamaşaçılara təqdim olunacaq.

 

Tədbir ADGTT-nın kollektivi tərəfindən Y.Vəliyevin məzarını ziyarət edilməsi ilə başlayacaq.

 

Yusif Abdulla oğlu Vəliyev 22 mart 1917-ci ildə Dərbənddə anadan olub. 1933-1936-cı illərdə Bakı Teatr Texnikumunda təhsil alıb.

 

Tələbəlik illərində Milli Dram Teatrının tamaşalarında kütləvi səhnələr, sözsüz rollar ifa edən aktyor, eyni zamanda Yəhudi Dövlət Dram Teatrında da işləyib. Texnikumu bitirəndə yenicə açılan Mirzə Ələkbər Sabir adına Nuxa (indiki Şəki) Dövlət Dram Teatrına işləməyə göndərilib.

 

1949-cu ilin yazında Bakıya gələn Yusif  Vəliyev çox az müddət Rus Dram Teatrında aktyorluq edib. Ancaq əsas yaradıcılığı 1949-cu ilin axırlarından ömrünün sonunadək Gənc Tamaşaçılar Teatrı ilə bağlı olub. O, Teatrın rus bölməsində hazırlanan Mixail Şatrovun "İnqilab naminə" pyesinin tamaşasında Lenin rolunu çox böyük müvəffəqiyyətlə ifa edib.

 

Sənətkar 1960-cı ildə Azərbaycan Respublikasının Əməkdar artisti, 1979-cu ildə Xalq artisti fəxri adları ilə təltif olunub.

 

 

Görkəmli aktyor 1980-ci il mart ayının 18-də vəfat edib.

 

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

15:05 22 İyul
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • azerbaycanli genc ermenistanin rusiyadaki sefirliyinin qarsisinda etiraz aksiyasi kecirib
    Azərbaycanlı gənc Ermənistanın Rusiyadakı səfirliyinin qarşı...
  • erdogan abs i turkiyeni aldatmamaga cagirib
    Ərdoğan ABŞ-ı Türkiyəni aldatmamağa çağırıb
erdogan abs i turkiyeni aldatmamaga cagirib erdogan abs i turkiyeni aldatmamaga cagirib +2
MƏZƏNNƏ
FOREX
/ 24 İyul, 2017

USD
1.7012
 
EUR
1.9783
 
RR
0.0289
 

SƏSVERMƏ

Bizim saytdan istifadə etmək sizin üçün rahatdırmı?
TƏSDİQLƏ