"Azərbaycan xalçası Ensiklopediyası”nın 2-ci cildinin təqdimatı keçirilib

Azərbaycan Xalçası Muzeyində professor Roya Tağıyevanın müəllifi və tərtibçisi olduğu “Azərbaycan xalçası Ensiklopediyası”nın II cildinin təqdimatı keçirilib.

 

APA-nın məlumatına görə, ensiklopediya Mədəniyyət və Turizm Nazirliyi, Xalça Muzeyi ilə yanaşı, Yaponiyanın “Japan Tobacco İnternational” şirkətinin birgə layihəsinin nəticəsidir. 

 

Tədbirdə Xalça Muzeyinin direktoru Şirin Məlikova “Azərbaycan xalçası ensiklopediyası”nın hazırlanmasını xalçaçılıq sahəsinin böyük uğuru kimi dəyərləndirib. Azərbaycanda xalçaçılıq ənənələrinin dövlət tərəfindən qorunduğunu deyən muzey direktoru qeyd edib ki, kitabın təqdimatı da xalçaçılıq sənətinin dünyada tanıdılması istiqamətində həyata keçirilən layihələrin və görülən işlərin tərkib hissəsidir.

 

Mədəniyyət və Turizm Nazirliyinin muzey işi və mədəniyyət sərvətlərinə nəzarət sektorunun müdiri Azadə Hüseynova görülən işi yüksək qiymətləndirib.

 

Nəşrin müəllifi Röya Tağıyeva bildirib ki, Azərbaycan xalçası təkcə milli-mədəni ənənənin deyil, həm də ümumdünya irsinin ayrılmaz hissəsidir.

 

Qeyd edək ki, II cilddə 400-dən çox xovsuz xalçanın mənşəyi, kompozisiyası və ornament örnəyi əks olunub.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

12:12 25 İyul
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • imtahandan qayidan neftcalali abituriyent itkin dusub
    İmtahandan qayıdan neftçalalı abituriyent itkin düşüb
  • mingecevirde avtomobil qezasinda iki nefer xesaret alib
    Mingəçevirdə avtomobil qəzasında iki nəfər xəsarət alıb...
mingecevirde avtomobil qezasinda iki nefer xesaret alib mingecevirde avtomobil qezasinda iki nefer xesaret alib +2
MƏZƏNNƏ
FOREX
/ 26 İyul, 2017

USD
1.7012
 
EUR
1.9839
 
RR
0.0284
 

SƏSVERMƏ

Bizim saytdan istifadə etmək sizin üçün rahatdırmı?
TƏSDİQLƏ