UNESCO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyası Azərbaycanda keçiriləcək

unesco nun umumdunya irs komitesinin 43 cu sessiyasi azerbaycanda kecirilecek

2019-cu ildə Azərbaycan UNESCO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasına ev sahibliyi edəcək.

 

APA-nın Mədəniyyət və Xarici İşlər Nazirliklərinin birgə məlumatına istinadən verdiyi xəbərə görə, müvafiq qərar Bəhreyndə UNESCO-nun Ümumdünya İrs Komitəsinin 42-ci sessiyası zamanı qəbul olunub.

 

İclasda Azərbaycanın mədəniyyət naziri Əbülfəs Qarayevin rəhbərliyi altında Xarici İşlər və Mədəniyyət nazirliklərinin əməkdaşlarından ibarət nümayəndə heyəti iştirak edib.

 

İclas çərçivəsində UNESCO-nun Ümumdünya mədəni və təbii irsin qorunması haqqında Konvensiyasına aid məsələlər müzakirə edilib, eyni zamanda müxtəlif ölkələrin maddi irs nümunələri Ümumdünya İrs Siyahısına daxil edilib. Komitə iclasının sonunda növbəti il üçün Komitənin sədri və 43-cü sessiyaya ev sahibliyi edəcək ölkə ilə bağlı müzakirələr aparılıb. Yekun qərara əsasən mədəniyyət naziri Əbülfəs Qarayev Komitəyə sədr seçilib. Beləliklə, 2019-cu ildə UNESCKO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasına Azərbaycan ev sahibliyi edəcək. Tədbirdə dünyanın 180-dan artıq ölkəsindən 2000-dən nəfərdən çox nümayəndənin iştirakı gözlənilir.

 

Ümumdünya İrs Komitəsinin sessiyası dünya mədəni irsinə töhfə verən ən nüfuzlu tədbirlərindən biri hesab olunur. Bu tədbirə ev sahibliyi etmək və eyni zamanda Komitəyə sədrlik etməklə Azərbaycan dünya xalqlarının mədəniyyət tarixində öz müsbət izini qoyacaq.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

10:05 21 İyul
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • sumqayitda ucmertebeli magaza yanib yenilenib
    Sumqayıtda üçmərtəbəli mağaza yanıb - YENİLƏNİB
  • sehid esger qebelede defn edilib
    Şəhid əsgər Qəbələdə dəfn edilib
sehid esger qebelede defn edilib sehid esger qebelede defn edilib +2
MƏZƏNNƏ
FOREX
/ 22 İyul, 2018

USD
1.7
 
EUR
1.9828
 
RR
0.0267