Azərbaycanın ABŞ-dakı səfirliyi Vaşinqton meriyasinin mədəniyyət festivalında iştirak edib

Azərbaycanın ABŞ-dakı səfirliyi ölkəmizin zəngin mədəniyyətini nümayiş etdirmək üçün öz qapılarını geniş ictimaiyyət üçün açıb.

 

Səfirlikdən APA-ya verilən məlumata görə, gün ərzində yağışlı hava şəraitinə baxmayaraq min nəfərdən çox qonaq səfirliyi ziyarət edib. Ziyarətçilər arasında Vaşinqton və yaxın ərazilərdə yaşayan ictimaiyyət nümayəndələri, dövlət strukturlarında çalışan və diplomatik korpus əməkdaşları olub.

 

Səfirliyə təşrif buyurmuş çoxsaylı qonaqlara ölkəmizin milli mədəni irsi, füsunkar təbiəti və müxtəlif sahələrdə əldə etdiyi əlamətdar uğurları əks etdirən əyani vəsaitlər, xüsusilə Azərbaycan xalçaları, milli geyimlər, rəsm əsərləri, xəritə, kitab və müxtəlif nəşrlər nümayiş olunub. Daha sonra qonaqlara ölkəmizin tarixi, coğrafiyası, turizm potensialı, o cümlədən Bakı və bölgələrin füsunkar təbiəti və göz oxşayan yerlərdən bəhs edən video çarxlar nümayiş etdirilib. Bundan əlavə, ziyarətçilərə ölkəmizin coğrafi mövqeyi, zəngin tarixi, qədim adət-ənənəsi və qonaqpərvər insanları haqqında məlumat verilib və onların sualları cavablandırılıb.

 

Ziyarətçilərdə Azərbaycan musiqisi və rəqsləri xüsusilə böyük maraq doğurub. Vaşinqtonda fəaliyyət göstərən İpək Yolu Rəqs Kompaniyasının (Silk Road Dance Company) ifasında milli rəqslərimizin “Nəlbəki”, “Sarı Gəlin”, “Arşın mal alan” və s. kimi rəqs nümunələri açıq havada və səfirliyin binasında qonaqlara nümayiş etdirilib. Bundan başqa, səfirliyin ərazisində uşaqlar üçün rəsm guşəsi təşkil edilib və ölkəmizin görməli yerləri fonunda fotoşəkil çəkdirmək imkanı yaradılıb.

 

Bu festival Vaşinqton meriyası tərəfindən “Dünya boyu Səfirliklər Turu” (Around the World Embassy Tour) adlı mədəni festival çərçivəsində təşkil olunub. Azərbaycanın ABŞ-dakı səfirliyi ardıcıl olaraq 5 ildir ki, bu təşəbbüsdə iştirak edir. Ümumiyyətlə isə bu il qeyd olunan festivalda 72 ölkənin səfirliyi iştirak edir. Qeyd edək ki, səfirlik Azərbaycan mədəniyyətinin təbliği məqsədilə silsilə tədbirlərdə iştirak edir.

 

Xatırladaq ki, 26 apreldə keçirilmiş “Macy’s Global Fashion” mədəni tədbiri çərçivəsində 38 ölkə səfirliyi arasında “Ən yaxşı milli geyim” adlı müsabiqədə qalib gələn Azərbaycanın milli geyimi bir ay ərzində Vaşinqtonun mərkəzində yerləşən məşhur “Macy’s” ticarət şəbəkəsinin vitrinlərində sərgilənməkdədir.

 

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

12:41 24 İyul
04:47 24 İyul
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • tbiliside azerbaycanli muelliflerin kitablarinin teqdimati olub
    Tbilisidə azərbaycanlı müəlliflərin kitablarının təqdimatı o...
  • berdede arvadini oldurerek intihar eden sexs psixi xestelikden eziyyet cekirmis resmi
    Bərdədə arvadını öldürərək intihar edən şəxs psixi xəstəlikd...
berdede arvadini oldurerek intihar eden sexs psixi xestelikden eziyyet cekirmis resmi berdede arvadini oldurerek intihar eden sexs psixi xestelikden eziyyet cekirmis resmi +2
MƏZƏNNƏ
FOREX
/ 24 İyul, 2017

USD
1.7012
 
EUR
1.9856
 
RR
0.0286
 

SƏSVERMƏ

Bizim saytdan istifadə etmək sizin üçün rahatdırmı?
TƏSDİQLƏ