Azərbaycanlı gənclər Rusiyada ali kino təhsili alacaqlar

Mədəniyyət və Turizm Nazirliyi, Kinematoqrafçılar İttifaqı və Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası Rusiyada ali kino təhsili almaq arzusunda olan gənclərə müraciət edib. 

 

APA-nın məlumatına görə, Nizami Kino Mərkəzində keçirilən mətbuat konfransında bildirilib ki, Ümumrusiya Kinematoqrafiya Universiteti (VQİK) ilə danışıqlar nəticəsində kino ixtisası üzrə nazirliyin vəsaiti hesabına bakalavr səviyyəsində 5 illik rus dilində təhsil almaq üçün bu il kino və televiziya rejissoru (2 yer), kinooperator (2 yer), habelə animasiya və kompüter qrafikası rejissoru (1 yer) ixtisasları üzrə gənclərin oxumağa göndərilməsi planlaşdırılır. 
 

Nazirliyin Kino şöbəsinin sektor müdiri Yusif Şeyxov qeyd edib ki, onların təhsil haqları dövlət tərəfindən ödəniləcək: "Bu onların arzularının gerçəkləşməsinə zəmin yaradacaq. Xaricdə, o cümlədən Avropa ölkələrində, xüsusilə də Türkiyədə bu sahə üzrə  təhsil alan gənclər var. Onlar da müəyyən sahələrdə öz işlərini davam etdirirlər".
 

Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasının direktoru Müşfiq Hətəmov isə bildirib ki, müasir dövrdə kino sahəsində peşəkar kadrlara ehtiyac var: "Bu sahədə əsas yük onların üzərinə düşür. Gəncləri xarici kurslara göndərmişik. Kommersiya filmləri ilə müəllif filmlərinin düzgün qiymətləndirilməməsi bəzən kadr çatışmazlığını ortaya çıxarır. Ancaq istedadlı kadrlar kinonu yaxşı şəkildə ortaya çıxara bilər". 
 

O əlavə edib ki, kino təhsili sahəsində İran kinosundan mütləq şəkildə bəhrələnmək lazımdır. 


Qeyd edək ki, daha hazırlıqlı namizədləri müəyyən edib onları Moskvaya qəbul imtahanlarına göndərmək məqsədilə Kinematoqrafçılar İttifaqı və Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasının iştirakı ilə seçim komissiyası yaradılıb.

 

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

15:23 25 May
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • bakida vaz yuk masini ile toqqusub iki nefer xesaret alib
    Bakıda “VAZ” yük maşını ilə toqquşub, iki nəfər xəsarət alıb...
  • masallida bezi evlerde cokme bas verib bir nece aile evakuasiya olunub
    Masallıda bəzi evlərdə çökmə baş verib, bir neçə ailə evakua...
masallida bezi evlerde cokme bas verib bir nece aile evakuasiya olunub masallida bezi evlerde cokme bas verib bir nece aile evakuasiya olunub +2
MƏZƏNNƏ
FOREX
/ 26 May, 2017

USD
1.7021
 
EUR
1.9133
 
RR
0.0302
 

SƏSVERMƏ

Bizim saytdan istifadə etmək sizin üçün rahatdırmı?
TƏSDİQLƏ