Azərbaycanlı pianoçu, caz ifaçısı Elçin Şirinov Londonda konsert proqramı ilə çıxış edib

azerbaycanli pianocu caz ifacisi elcin sirinov londonda konsert proqrami ile cixis edib

Bu günlərdə “EFG London” caz festivalı çərçivəsində Avropa Azərbaycan Cəmiyyətinin (TEAS) dəstəyi ilə “Pizza Express” caz klubunda keçirilən konsertdə məşhur azərbaycanlı pianoçu, caz ifaçısı Elçin Şirinov etno-caz musiqi janrında konsert proqramı ilə çıxış edib.

 

Cəmiyyətdən APA-ya verilən məlumata görə, 1969-cu ildə yaradılmış bu klub meqapolisin aparıcı caz məkanlarından biridir. Burada müxtəlif illərdə və müxtəlif janrlarda Bad Friman, Benni Karter, Lyu Tabakkin, Con Dankvort, Dayana Krall və Cemi Kallum kimi dünya  ulduzları öz məharətlərini nümayiş etdiriblər.

 

TEAS “Saint-Germain-des-Prés Paris” və “Reyms Sunnyside” caz festivallarına, eləcə də Londonun “Spice of Life” və “Vortex” klublarında keçirilən konsertlərə də dəstək verib.

 

Azərbaycan xalq musiqisinin zəngin repertuarına müraciət edən  Elçin Şirinov yeni nəsil caz musiqiçilərinin parlaq nümayəndəsidir. O, post-bop caz musiqi elementlərini Azərbaycan xalq və klassik musiqisinin üslub, melodiya və mikrotonları ilə birləşdirməklə məşhurdur. Konsertdə E. Şirinovu italiyalı bas gitaraçı Andrea Di Bias və britaniyalı zərb ifaçısı Deyv Hamblett müşayiət edib.

 

Konsertdə Azərbaycan klassik musiqisinin banisi Üzeyir Hacıbəylinin “O olmasın bu olsun” operettasından olan ariya qeyri-standart metrik formada ifa olunub.

 

“Qız Qalası” E. Şirinovun son kompozisiyalarından biridir. Bu əsəri yaradarkən, o, İçərişəhərin tarixi əzəmətindən ilham alıb.

 

Caz gecəsi Azərbaycan xalq mahnısı olan “Sarı Gəlin” ifası ilə yekunlaşıb. Bu ifa Hamblettin təqdimatında əzəmətli və davamlı templə başlayan kədərli melodiya bütün auditoriyanı valeh edib. Məşhur ABŞ zərb ifaçısı (əvvəllər Şik Korea və Rey Çarlzla birgə çıxış etmiş) Ceff Ballard konsert haqqında rəyini bu cür ifadə edib: “Ehtiraslı. Düşüncəli. Elçin Şirinovun orijinal kompozisiyalarını dinləmək olduqca maraqlıdır. Trionun virtuoz və  ahəngdar ifası ipək kimi hamardır. Afərin!” 

​v

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

15:36 29 Aprel
09:56 29 Aprel
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • telebeler arasinda futbol cempionatinin final turu kecirilib
    Tələbələr arasında futbol çempionatının final turu keçirilib...
  • cocuq mercanlida iki zenit top mermisi ve raket tapilib
    Cocuq Mərcanlıda iki zenit top mərmisi və raket tapılıb...
cocuq mercanlida iki zenit top mermisi ve raket tapilib cocuq mercanlida iki zenit top mermisi ve raket tapilib +2
MƏZƏNNƏ
FOREX
/ 30 Aprel, 2017

USD
1.7025
 
EUR
1.8495
 
RR
0.0299
 

SƏSVERMƏ

Bizim saytdan istifadə etmək sizin üçün rahatdırmı?
TƏSDİQLƏ