Bakıda "Anadolu rəngləri” adlı konsert proqramı keçirilib

bakida anadolu rengleri adli konsert proqrami kecirilib

Heydər Əliyev Sarayında “Anadolu rəngləri” adlı konsert proqramı təşkil olunub.

 

APA-nın məlumatına görə, konsert Türkiyə Respublikası Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə iki ölkə arasındakı mədəni əlaqələr çərçivəsində keçirilib.

 

Tədbirdə çıxış edən “Yeni Azərbaycan” qəzetinin baş redaktoru, Milli Məclisin deputatı Hikmət Babaoğlu Azərbaycan-Türkiyə münasibətlərinin Heydər Əliyevin "Bir millət, iki dövlət" fəlsəfəsinə söykəndiyini deyib. Konsert proqramı barədə danışan Milli Məclisin deputatı vurğulayıb ki, Azərbaycan və Türkiyə mədəniyyəti həm eyni mənbədən qaynaqlanır, həm də coğrafi baxımdan bir-birini tamamlayır.

 

Çıxışına Bəxtiyar Vahabzadənin "Azərbaycan-Türkiyə" şeirindən misraları səsləndirirək başlayan Türkiyənin ölkəmizdəki səfiri Erkan Özoral tədbirin iki qardaş ölkənin birliyini nümayiş edirdiyini deyib.

 

Konsert proqramında Türkiyə Respublikası Mədəniyyət və Turizm Nazirliyi incəsənət idarəsinin nəzdindəki İstanbul Tarixi Türk Musiqi Cəmiyyətinin, Mehtər Qrupunun, Dövlət Xalq Rəqsləri Cəmiyyətinin, Ankara Türk Dünyası Musiqi Cəmiyyətinin, Konya Türk Musiqisi Cəmiyyətinin, Şanlıurfa və Sivas Türk Xalq Musiqisi Xor Ansamblı ilə Ankara, İstanbul və İzmir Klassik Türk Musiqisi Xor ansambllarının sənətçiləri eyni səhnədə çıxış ediblər.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • www esgeremektub com vasitesi ile ilk mektublar esgerlere catdirilib fotosessiya
    “www.esgeremektub.com” vasitəsi ilə ilk məktublar əsgərlərə ...
  • erdogan ppk ve feto ile bagli abs a xeberdarliq edib
    Ərdoğan PPK və FETÖ ilə bağlı ABŞ-a xəbərdarlıq edib...
erdogan ppk ve feto ile bagli abs a xeberdarliq edib erdogan ppk ve feto ile bagli abs a xeberdarliq edib +2
MƏZƏNNƏ
FOREX
/ 26 İyun, 2017

USD
1.7022
 
EUR
1.8999
 
RR
0.0285
 

SƏSVERMƏ

Bizim saytdan istifadə etmək sizin üçün rahatdırmı?
TƏSDİQLƏ