Bakıda"Canlı miras" adlı sərgi açılıb

Muzey Mərkəzində Latviyanın Azərbaycandakı səfirliyi və Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə "Canlı miras" adlı sərgi açılıb.

 

APA-nın məlumatına görə, Latviyanın müstəqilliyinin və Azərbaycan Demokratik Respublikasının 100 illiyinə həsr olunmuş sərgidə Qarabağ atları nümayiş olunur.

 

Sərginin açılışında iştirak edən Latviyanın Azərbaycandakı səfiri Yuris Maklakovs sərgidə iki  ildir Azərbaycanda yaşayan rəssam Daçe Ştrausaya məxsus 29 əsərin nümayiş olunduğunu bildirib. O həmçinin bildirib ki, bu il hər iki ölkədə əlamətdar hadisənin 100 illiyi qeyd olunur və sərginin təşkili də bu tarixi hadisələrə həsr olunub.

 

Mədəniyyət və Turizm Nazirliyinin beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri Vasif Eyvazzadə çıxışında Qarabağ atlarının vətəninin bu gün işğal altında olduğunu deyib: "Lakin Azərbaycan bu mirası qoruyur. 2013cü ildə atların iştirakı ilə keçirilən Çövkən oyunu YUNESKO-nun qeyri-maddi mədəni irs siyahısına daxil edilib".

 

Sərgi iyunun 4-nə kimi davam edəcək.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

Video
09:02 22 İyun
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • 174 sumqayit mekteblileri bakcell in tehlukesiz internet xidmeti ile tanis olublar
    ® Sumqayıt məktəbliləri “Bakcell”in “Təhlükəsiz İntern...
  • neftcalada 62 eded cetene kolu askarlanib
    Neftçalada 62 ədəd çətənə kolu aşkarlanıb
neftcalada 62 eded cetene kolu askarlanib neftcalada 62 eded cetene kolu askarlanib +2
MƏZƏNNƏ
FOREX
/ 22 İyun, 2018

USD
1.7
 
EUR
1.9745
 
RR
0.0267