Bakıda İran mədəniyyət və incəsənət sərgisinin açılışı olub

Bakıda keçirilən İran Mədəniyyət Günləri çərçivəsində mədəniyyət və incəsənət sərgisinin açılışı olub.

 

APA-nın məlumatına görə, tədbirdə çıxış edən mədəniyyət naziri Əbülfəz Qarayev bildirib ki, İran Mədəniyyət Günlərinin açılışı ölkələr arasında əlaqələrin inkişafında mühüm hadisədir. O deyib ki, bir həftə davam edəcək mədəniyyət tədbirləri çərçivəsində  Bakıda və Gəncədə müxtəlif proqramlar təşkil olunacaq. Nazir qeyd edib ki, bu kimi tədbirlər iki ölkə arasında mədəniyyət sahəsində əlaqələrin nə dərəcədə yüksək olduğunu göstərir.

 

Daha sonra çıxış edən İranın mədəniyyət və islami irşad naziri Seyid Abbas Salehi vurğulayıb ki, adətən mədəniyyət həftələri xalqların bir-birini yaxından tanıması üçün keçirilir: "Azərbaycanın İranda və İranın Azərbaycanda mədəniyyət günləri keçirməsinin məqsədi isə budur ki, bizim mədəniyyətimizin bir-birinə nə qədər yaxın olduğunu göstərməkdir: “Biz yalnız iki qonşu ölkə deyil, həm də bir-birinə yaxın, eyni tarixi, mədəniyyəti paylaşan xalqlarıq. Biz min illər boyu eyni yerdə yaşamışıq. Sevincdə və kədərdə bir-birimizin yanında olmuşuq". 

Daha sonra nazirlər və qonaqlar sərgidə nümayiş olunan İran mədəniyyətinə aid nümunələrlə tanış olublar. 

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

10:05 21 İyul
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • agcabedide 5 ton ot baglamasi yanib
    Ağcabədidə 5 ton ot bağlaması yanıb
  • bu gunden daha 2 marsrut xetti uzre avtobuslar fealiyyete baslayib
    Bu gündən daha 2 marşrut xətti üzrə avtobuslar fəaliyyətə ba...
bu gunden daha 2 marsrut xetti uzre avtobuslar fealiyyete baslayib bu gunden daha 2 marsrut xetti uzre avtobuslar fealiyyete baslayib +2
MƏZƏNNƏ
FOREX
/ 21 İyul, 2018

USD
1.7
 
EUR
1.9828
 
RR
0.0267