Bakıda İran Mədəniyyəti Günlərinin açılış mərasimi keçirilib

Bakıda İran Mədəniyyət Günlərinin rəsmi açılış mərasimi keçirilib.

 

APA-nın məlumatına görə, mərasimdə çıxış edən mədəniyyət naziri Əbülfəs Qarayev bildirib ki, bu gün hər iki ölkə həyatında mötəbər bir gündür. Nazir ötən il İranda Azərbaycan mədəniyyət günlərinin uğurla keçdiyini qeyd edib: "Azərbaycan və İran mədəniyyəti bir-birinə yaxın, oxşar olan mədəniyyətlərdir. Tarixi keçmişimiz, birgə yaşamımız mədəniyyətimizin birlikdə inkişafını təmin edib. Artıq qarşılıqlı olaraq ölkələrimizdə mədəniyyət nümayəndələrimizin çıxışları adi hala çevrilib. Mədəniyyət günləri iki ölkə mədəniyyətinin daha da yaxınlaşmasına imkan verir".

 

Daha sonra çıxış edən İranın Mədəniyyət və İslami irşad naziri Seyid Abbas Salehi deyib ki, mədəniyyət həftəsi mühüm hadisə ərəfəsində - Azərbaycan ordusunun 100 illiyi ərəfəsində keçirilir: "Hər iki ölkədə olan tarixi abidələr ortaq tariximizi bizə xatırladır. Bizi bir birimizə yalnız keçmiş bağlamır. Bu gün də biz bir birimizə çox yaxın və bağlıyıq. Memarlıq abidələri, yeməklərimiz çox oxşardır. Biz dünən bir yerdə olmuşuq və bu gün bir yerdəyik. Bəziləri sabah bir yerdə olmağımızı istəmir, lakin buna imkan verməyəcəyik. Bizim keçmişimizi bu günümüzə bağlayan və pis niyyət insanların planlarını pozan mədəniyyətdir".

 

Daha sonra tədbir İran milli orkestrinin konsert proqramı ilə davam edib.  Qeyd edək ki, İran Mədəniyyət günləri iyunun 27-30-da Bakı və Gəncədə keçiriləcək.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

10:05 21 İyul
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • sumqayitda ucmertebeli magaza yanib yenilenib
    Sumqayıtda üçmərtəbəli mağaza yanıb - YENİLƏNİB
  • sehid esger qebelede defn edilib
    Şəhid əsgər Qəbələdə dəfn edilib
sehid esger qebelede defn edilib sehid esger qebelede defn edilib +2
MƏZƏNNƏ
FOREX
/ 22 İyul, 2018

USD
1.7
 
EUR
1.9828
 
RR
0.0267