Bakıda Maqsud İbrahimbəyovun xatirə gecəsi keçirilib

Mayın 16-da Səməd Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrının səhnəsində xalq yazıçısı, kinodramaturq və rejissor Maqsud İbrahimbəyovun xatirə gecəsi keçirilib.

 

APA-nın xəbərinə görə, Azərbaycanın birinci vitse-prezidenti Mehriban Əliyeva xatirə gecəsində iştirak edib.

 

 Xatirə gecəsi yazıçının sevdiyi bəstəkar Tomaso Albinoninin “Adajio” əsəri ilə başlayıb.  

 

Azərbaycanın birinci vitse-prezidenti xanım Mehriban Əliyeva, Səməd Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrının baş rejissoru Aleksandr Şarovski, yazıçının dostu, Rusiyanın TASS İnformasiya Agentliyinin baş direktorunun birinci müavini Mixail Qusman və digərləri xatirə gecəsində çıxış edib.

 

Xatirə gecəsində yazıçının əsərlərindən parçalar təqdim olunub, Maqsud İbrahimbəyovun dostları, doğma Bakı, sevdiyi insanlar haqqında fikirləri səslənib.

 

Sonra Maqsud İbrahimbəyovun həmkarlarının və yaxın dostlarının müsahibələrinin yer aldığı sənədli film nümayiş etdirilib. 

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

15:05 22 İyul
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • azerbaycanli genc ermenistanin rusiyadaki sefirliyinin qarsisinda etiraz aksiyasi kecirib
    Azərbaycanlı gənc Ermənistanın Rusiyadakı səfirliyinin qarşı...
  • erdogan abs i turkiyeni aldatmamaga cagirib
    Ərdoğan ABŞ-ı Türkiyəni aldatmamağa çağırıb
erdogan abs i turkiyeni aldatmamaga cagirib erdogan abs i turkiyeni aldatmamaga cagirib +2
MƏZƏNNƏ
FOREX
/ 24 İyul, 2017

USD
1.7012
 
EUR
1.9783
 
RR
0.0289
 

SƏSVERMƏ

Bizim saytdan istifadə etmək sizin üçün rahatdırmı?
TƏSDİQLƏ